Millimiz Rusiyaya böyük hesabla uduzdu - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Millimiz Rusiyaya böyük hesabla uduzdu
Millimiz Rusiyaya böyük hesabla uduzdu
[23.02.2016]
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, komandamız təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşıb.
Görüş Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan komandamız ikinci hissədə daha 3 qol buraxıb - 1:5.
Qeyd edək ki, bu komandalar fevralın 25-də yenidən üz-üzə gələcək. Hər iki oyun Bakı Olimpiya stadionunda keçiriləcək.
23 fevral Yoxlama oyunu
16:00. Azərbaycan (U-17) – Rusiya (U-17) - 1:5 Qollar: Maqomed Suleymanov, 28-pen (0:1), Aleksandr Rudenko, 36 (0:2), Fərid Nəbiyev, 51 (1:2), Vyaçeslav Qrulev, 67 (1:3), İvan İqnatyev, 79 (1:4), Stanislav Latçeviç, 90+2 (1:5) Bakı Olimpiya Stadionu