Banişevskinin xatirəsi yad olundu (FOTOLAR) - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Banişevskinin xatirəsi yad olundu (FOTOLAR)
Banişevskinin xatirəsi yad olundu (FOTOLAR)
[23.02.2016]
Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, anadan olmasının 70-ci ildönümündə AFFA-nın və “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar.
AFFA-nın baş katibi Elxan Məmmədov və Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər. A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.