Kazbek Tuayev: "Banişevskinin adının stadiona verilməsi vacib deyil" - İdman Xəbərləri Kazbek Tuayev: "Banişevskinin adının stadiona verilməsi vacib deyil" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Kazbek Tuayev: "Banişevskinin adının stadiona verilməsi vacib deyil"

Kazbek Tuayev: "Banişevskinin adının stadiona verilməsi vacib deyil"

[23.02.2016]
Kazbek Tuayev: "Banişevskinin adının stadiona verilməsi vacib deyil" Kazbek Tuayev: "Banişevskinin adının stadiona verilməsi vacib deyil"
"Anatoli Banişevskinin adının Bakıdakı stadionlardan birinə verilməsi vacib deyil".

Qol.Az-ın Sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu AFFA İcraiyyə Komitəsinin üzvü, mərhum futbolçunun "Neftçi"də komanda yoldaşı olmuş Kazbek Tuayev deyib.
Onun fikrincə, paytaxtda tikilən stadionlara digər layiqli şəxslərin, dövlət xadimlərinin adlarının verilməsi də məqsədəuyğun olardı: "Hazırda Respublika stadionu məşhur futbol hakimi Tofiq Bəhramovun adını daşıyır. Banişevskinin xatirəsini başqa formalarda da əbədiləşdirmək olar. Dövlət tərəfindən ona "Şöhrət" ordeni verilib. Bu gün Banişevskinin xatirəsinə uşaqlar arasında keçirilən turnirin finalıdır. Biz isə kitablar, məqalələr yazmaqla onun gənc nəsil arasında daha yüksək səviyyədə təbliğinə nail ola bilərik".
Qeyd edək ki, hazırda Anatoli Banişevskinin adı yalnız Masallı şəhər stadionuna verilib. Lakin həmin arena baxımsızlıqdan məhv olma təhlükəsi ilə üzləşib.



Dostlarınla Paylaş

Saytda 97 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022