"Qəbələ" turnirin qalibi oldu - İdman Xəbərləri "Qəbələ" turnirin qalibi oldu - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Qəbələ" turnirin qalibi oldu

"Qəbələ" turnirin qalibi oldu

[23.02.2016]
"Qəbələ" turnirin qalibi oldu “Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulub. 

Qol.Az-ın "Qəbələ"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir il əvvəl olduğu kimi turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəlib.
 
Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn “qırmızı-qaralar” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı oyuna 3:1 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci dəfə kubokun sahibi olub.
 
Xatırladaq ki, yarışa A qrupunda başlayan “Qəbələ” Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, “Sumqayıt”ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edib.



Dostlarınla Paylaş

Saytda 215 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022