[23.02.2016]
Yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracağı gözlənilən "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo Mançesterdə ev kirayələyib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssisin bu addımı onun "Mançester Yunayted"i çalışdıracağı iddialarını daha da gücləndirib.
Qeyd edək ki, Mourinyonun İngiltərə klubu ilə razılığa gəldiyi iddia edilir.