Bu gün 7 məqalə əlavə olundu

Idman Xeberleri

Emil Balayev Norveçə getdi – Danışıqlara başlayıb

[27.02.2020]
Emil Balayev Norveçə getdi – <b style="color:red">Danışıqlara başlayıb</b>

Millimizin qapıçısı Emil Balayev Norveçə yola düşüb.

Qol.az azerisport.com saytına istinadən xəbər verir ki, o, yerli “Bude-Qlimt” klubu ilə aktiv danışıqlara başlayıb. Məlumata görə, son Norveç çempionatının gümüş mükafatçısının əsas qapıçısı Türkiyə klubuna keçdiyindən yeni mövsüm ərəfəsində qolkiper axtarışındadır. Hal-hazırda 25 yaşlı futbolçumuz əsas qapıçı kimi düşünülür.

Dünən Balayev Bude şəhərinə gedib. Bu gün onun məşqçi heyəti ilə görüşü gözlənilir. Belə görüşlər Norveçdə futbolçu ilə danışıqlarda ənənəvi qayda hesab olunur. Danışıqlar müsbət yekunlaşsa, futbolçu ilə ən azı bir mövsümlük müqavilə bağlanacağı və artıq bu həftə Balayevin yeni komandasında məşqlərə başlayacağı gözlənilir.

Xatırladaq ki, E.Balayevin son klubu Qazaxıstan “Tobol”u olub. Bu qış futbolçumuz qazaxlarla müqaviləni ləğv edib və hazırda azad agent statusu daşıyır.


Saytda 64 nəfər


©Tatli.Biz 2010-2020