Bu gün 7 məqalə əlavə olundu

Idman Xeberleri

Qvardiolanın e-mail ünvanına hücum oldu

[27.02.2020]
Qvardiolanın e-mail ünvanına hücum oldu

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın komputeri haker hücumuna məruz qalıb.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin elektron poçt adresi və telefon məlumatları haker tərəfindən oğurlanıb. Mançester polisi həmin şəxsi Qvardiolaya aid özəl məlumatları 100 min funt-sterlinqə satmağa çalışarkən saxlayıb.

Nəşr yazıb ki, haker "Mançester Siti"nin çalışdırıcısının transfer etmək istədiyi futbolçular və özəl mesajları ələ keçirib. Həmin vaxt "Siti" Matteys de Liqt və Sokratis Papastatopulosla danııqlar aparırmış. Haker ispan çalışdırıcının e-mail ünvanını ələ keçirməyin onun indiyə kimi gördüyü işlər arasında ən asanı olduğunu bildirib.

Polis sözügedən şəxsin "Mançester Siti"nin sabiq işçilərindən biri olduğunu hesab edir.


Saytda 53 nəfər


©Tatli.Biz 2010-2020