Bu gün 7 məqalə əlavə olundu

Idman Xeberleri

Lempard onları göndərir

[27.02.2020]
Lempard onları göndərir

“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandada ciddi dəyişikliklə etməyə hazırlaşır.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis  Kepa Arrisabalaqa, Roz Barkli, Markus Alonso, Emerson və Corcinyonu “zadəganlar”da görmək istəmir. Lempardın  Kurt Zuma, Uilian və Pedronun komandada qalıb-qalmayacağına onların oyununa əsasən, bu mövsümün sonu qərar veriləcək.

Nəşr yazıb ki, 41 yaşlı mütəxəssis komandanın belə dəyişikliklərin riskli ola biləcəyini başa düşür. Amma o, Çempionlar Liqasında "Bavariya"ya 0:3 hesablı məğlubiyyət və Premyer Liqadakı nəticələrə əsasən, bu addımı atmaqdan başqa variantın olmadığını hesab edir.

Bundan başqa, “Ayaks”dan Hakim Zieşi alan London təmsilçisinin “Lester”in müdafiəçisi Ben Çiluel və “Atletiko”nun qapıçısı Yan Oblak da daxil olmaqla, daha 4 futbolçunu heyətinə qatmaq istədiyi bildirilib.


Saytda 64 nəfər


©Tatli.Biz 2010-2020