Qurani - Kerim
4) En-Nisa (176 aye)
0. Bagishlayan ve mehriban Allahin adi ile.
1. Ey insanlar, Rebbinizden qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk mocuzevi varliq kimi torpaq ve gilden yaratdigi adam, insan ve besher adli canlidan) yaratdi, onun cinsinden (hemin cur mocuzevi shekilde) zovcesini yaratdi (ve onlarin arasinda er-arvadliq nikahi berqerar etdi) ve o ikisinden (onlarin birinci neslinde ilkin sheriet qanunlarina muvafiq olaraq ve ya nacharliqdan baci ile qardashin evlenmesi ve ya qizlar uchun Cennet oglanlari, oglanlar uchun ise Cennet qizlari nazil etmek yolu ile) choxlu kishi ve qadin (toredib) yaydi. Adi ile bir-birinizden bir shey istediyiniz Allahdan ve qohumlar(la elaqeni kesmekden ve bagliliq tellerini qirmaq)dan qorxun. Heqiqeten, Allah daim size nezaret edir.
2. Ve yetimlerin mallarini (onlar heddi-buluga chatdiqdan sonra) ozlerine qaytarin. Murdar ve haram (mal)i (qiymet ferqine gore) pak ve halal (mal) ile deyishdirmeyin (ozunuzun pis malinizi onlarin qiymetli mallari ile deyishdirmeyin). Hemchinin onlarin mallarini oz mallariniza qatib yemeyin ki, heqiqeten bu, boyuk gunahdir.
3. eger yetim qizlar baresinde (hemin dovrun adet-enenesine uygun evleneceyiniz teqdirde) edalete riayet etmeyeceyinizden qorxsaniz, onda meyliniz olan (bashqa) qadinlardan ikisi, ya uchu ve ya dordu ile evlenin. Ve eger birden edaletle reftar etmeyeceyinizden qorxsaniz, onda, yalniz bir qadinla, ya aldiginiz bir kenizle kifayetlenin. Bu ish sizin yolunuzu azmamaginiza ve zulm etmemeyinize daha yaxindir.
4. Ve qadinlarin mehriyyelerini onlara konul xoshlugu ile ve bir hediyye kimi verin (herchend ki, bu, sizin boynunuzda bir vacib, onlar uchun ise ilahi bir bexshishdir). eger onlar konul xoshlugu ile ondan size bir shey bagishlasalar, onu nush ve lezzetle xercleyin.
5. Allahin sizin (yashayishiniz) uchun dayaq etdiyi mallarinizi (ve yetimlerin mallarini), sefehlere (ve az yashli yetimlerin ozlerine) vermeyin. Onlara hemin malin gelirinden ruzi verin, onlari geyindirin ve onlarla beyenilen bir terzde danishin.
6. Yetimleri evlenmek heddine (her bir insanin ve heyvanin ruhi ve cismi tekamulunun ilk merhelesi olan cinsi yetkinlik heddine) chatana qeder sinayin. Belelikle, eger onlarda (fikir ve agil baximindan) bir inkishaf gorseniz, onlarin mallarini ozlerine qaytarin. Onu (onlarin mallarini) boyuyeceklerine (ve mallarini sizden geri almalarindan qorxdugunuza) gore israfla ve telem-telesik yemeyin. (Yetimlerin qeyyumlarindan) ehtiyaci olmayan kes (yetimin malina el vurmaqdan) chekinsin. Yoxsul olan ise (yetimin malindan) urfi (ve edaletli zehmet haqqi) miqdar(in)da yesin. Belelikle, onlarin mallarini ozlerine qaytarmaq isteyen zaman, onlar uchun shahid tutun (ki, sonradan bir mubahise, dava-dalash dushmesin). Allah yeterli hesab chekendir.
7. Kishilerin ata, ana ve yaxin qohumlarinin qoyub getdiklerinde paylari vardir. Qadinlarin da ata, ana ve yaxin qohumlarinin qoyub getdiklerinde paylari vardir. (Mal ister) az olsun, ya chox, mueyyen ve vacib bir pay(dir). (Bele bir hokmun olmasi agil baximindan lazim ve gereklidir, onun miqdari ve neceliyi ise her bir sheriete uygun suretde vacibdir).
8. Miras bolgusu zamani orada (vereselerden olmayan) qohumlar, yetimler ve yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir shey verin ve gozel, beyenilen soz deyin.
9. ozlerinden sonra (yash ve ya ruhi cehetden) zeif ovladlar qoyacaqlari teqdirde onlarin (geleceyi) baresinde qorxan shexsler gerek (bashqalarinin yetimlerine zulm etmekden ve vesiyyetlerinde oz ovladlarinin haqqini zay etmekden de) qorxsun. Buna gore de Allahdan qorxsunlar ve (bashqalarinin yetimleri ile) dogru-duzgun soz danishsinlar (ve mallarin serf olunmasi ve vesiyyet edilmesinde edalete riayet etsinler).
10. Heqiqeten yetimlerin mallarini zulm ile yeyenler eslinde qarinlarina od daxil edirler (yetimin malina toxunmagin axiretdeki gerchek tezahuru od yemek olacaqdir). Ve onlar tezlikle (yetimin malini yemekle olum arasindaki az bir fasileden sonra) yanar oda daxil olar ve onun heraretini dadarlar.
11. Allah size ovladlariniz(in mirasi) baresinde oglanin payinin iki qizin payi qeder olmasini tovsiye edir.Belelikle, eger (varislerin hamisi) qadin - (iki qiz ve ya) iki qizdan chox - olsalar (ilkin hokme esasen, olenin) mirasin(in) uchde ikisi onlarindir (ve eger olenin ata-anasi yoxdursa qalan hisse de onlara chatir). eger (varis tekce) bir qiz olsa, mirasin yarisi onundur (ve eger olenin ata-anasi yoxdursa, qalan hisse de ona verilir). eger olenin ovladi varsa, onun ata ve anasinin her birine mirasin altida biri verilir.eger ovladi yoxdursa ve varis yalniz ata ile anadirsa, onda (malin) uchde biri ananin (qalan hissesi atanin)dir.eger olenin qardashlari varsa, malin altida biri anasinindir.(Butun bunlar) onun etdiyi vesiyyetden ve ya (boynunda olan) borc(un maldan ayrilmasin)dan sonradir. Siz atalariniz ve ogullarinizdan hansi birinin sizin uchun daha xeyirli olmasini bilmirsiniz.(Buna gore de irs chatan shexslerin paylari arasindaki ferqlerden teeccublenmeyin ve ona etiraz etmeyin. Bu bolgu uslubu) Allah terefinden olan bir vacibdir. Heqiqeten Allah hemishe alim ve hikmet sahibidir.
12. eger arvadlarinizin (sizden, yaxud bashqa bir erden) ushagi yoxdursa etdikleri vesiyyet ve ya (boyunlarinda olan) borc(un hemin maldan ayrilmasin)dan sonra onlarin mirasinin yarisi sizindir, eger ushaqlari olsa onlarin mirasinin dordde biri sizindir. Hemchinin eger sizin (ondan ve ya qeyrisinden) ovladiniz yoxdursa, etdiyiniz vesiyyet ve ya (ohdenizde olan) borc(un ayrilmasin)dan sonra sizin mirasinizin dordde biri onundur ve eger ovladiniz varsa, mirasinizin sekkizde biri onundir. eger irsi bolunen kishi ve ya qadinin ata, ana ve ovladi olmasa ve onun (ana terefden) bir qardashi, yaxud (ana terefden) bir bacisi olmush olsa, o ikisinin her birine mirasin altida biri chatir (ve eger babalari olmasa qalan hissesi de onlara verilir). eger bir neferden chox olsalar (qardash yaxud baci ve ya her ikisi olsa), varislere ziyan vurmaq qesdi olmayan vesiyyetden, yaxud (olenin boynunda olan) borc(un ayrilmasin)dan sonra onlar malin uchde birinde (beraber shekilde) sherikdirler. (Bu,) Allah terefinden olan bir tapshiriqdir. Allah alim ve helimdir.
13. Bunlar Allahin serhedleridir (Onun serhed kimi pozulmaz hokmleridir). Kim Allaha ve Onun peygemberine itaet etse, (Allah) onu (ev ve agaclarinin) altindan hemishe chaylar axan Cennetlere daxil edecekdir. Onlar orada ebedi qalarlar. Budur boyuk ugur ve nailiyyet!
14. Kim Allaha ve Onun peygemberine itaetsizlik etse ve Onun (mueyyenleshdirdiyi) serhedlerini ashsa (Onun hokmlerine qarshi chixsa), (Allah) onu hemishelik qalacagi oda daxil edecek ve onun uchun alchaldici bir ezab vardir.
15. (Ey Islam hakimileri,) qadinlarinizdan chirkin emele (zinaya ve ya musahiqeye) murtekib olanlara qarshi (bu tohmeti vuran shexsin vasitesi ile) ozunuzden (mominlerden) dord kishinin shahidlik etmesini isteyin. Belelikle eger shehadet verseler, onlari (bu emelin cezasi olaraq ebedi hebs kimi) olum yetisherek onlarin canini alana ve ya Allah onlar uchun (bashqa) bir yol achana qeder evlerde saxlayin. (Bu hokm Islamin ilkin chaglarinda movcud olub. Sonralar diger bir yol kimi onlara zina uchun mueyyenleshdirilmish ceza novunun icra olunmasi gosterilib.)
16. (Ey Islam hakimleri) sizlerden hemin emeli (zinani) etmish her iki neferi (arvadi olmayan kishi ile eri olmayan qadini ilahi ceza novunun icrasi ile) incidin. eger (cinayetlerinin qazinin yaninda subut olunmasindan qabaq) tovbe etseler ve (ozlerini) duzeltseler, onlardan vaz kechin. Heqiqeten Allah hemishe tovbeleri qebul eden ve mehribandir.
17. eslinde (qebulu ilahi vedeye esasen) Allahin ohdesinde olan tovbe, chirkin ishi nadanliq uzunden etmish, sonra tez (olumle qarshilashmamishdan qabaq) tovbe eden kesler uchundur. Allahin, tovbelerini qebul etdiyi kesler onlardir. Allah hemishe bilen ve hikmet sahibidir.
18. Daim gunah edib olumleri chatan zaman (oleceyini yeqin edende ve ya zahiri hissleri Berzex aleminin elametlerini derk edende) ''men indi tovbe etdim'' deyenler ve hemchinin kufr halinda olenler uchun tovbe yoxdur (onlarin tovbeleri qebul olunmaz). Agrili bir ezab hazirladigimiz kesler onlardir.
19. Ey iman getirenler, (erleri olmush) qadinlari zorla (cahiliyyet adetlerine uygun olaraq erlerinin mallari kimi) irs aparmaginiz halal deyil. Hemchinin irslerinin size chatmasi uchun varisi oldugunuz qadinlarin evlenmelerine mane olmaginiz halal deyil. (Elece de mehriyye olaraq) onlara verdiklerinizin bir hissesini (ellerinden) almaq uchun onlari (erleri oldugunuz qadinlari), (itaetsizlik ve zina kimi) ashkar chirkin bir ish gormeleri istisna olmaqla sixintida qoymayin (amma ashkar chirkin bir ish gormush olsalar onlari halal yollarla sixintida qoymaqla onlardan bir shey ala bilersiniz). Onlarla yaxshi reftar edin ve eger onlari xoshlamirsinizsa, (yene de onlarla kechinin, chunki) chox vaxt siz bir sheyi xoshlamirsiniz ve Allah onda choxlu xeyir qoyur.
20. Bir arvadin (evvelki arvadinizin) yerine bashqa bir arvad almaq isteseniz ve onlardan birine (boshamaq istediyinize, mehriyye olaraq) choxlu mal vermisinizse, ondan hech neyi geri almayin. Yoxsa onu (cahiliyyet dovrunde adetiniz olan) bohtan, iftira ve ashkar gunah yolu ile alacaqsiniz?! (Cahiliyyet adeti bele idi ki, qadinlara bohtan atirdilar ki, mecbur olub oz mehriyyelerinden el cheksinler).
21. Onu nece geri alirsiniz halbuki siz (cismi ve ruhi cehetden elaqede olaraq) bir-birinize yetishmisiniz ve onlar sizden (nikah vasitesi ile) mohkem bir ehd-peyman aliblar!
22. Atalarinizin evlenmish oldugu qadinlarla - (cahiliyyet dovrunde olub) kechen istisna olmaqla - evlenmeyin. Heqiqeten de bu ish chox chirkin, (Allahin) qezeb(in)e sebeb olan ve pis bir yoldur.
23. (Qohumlarinizdan mehrem adlanan yeddi deste:) analariniz, qizlariniz, bacilariniz, bibileriniz, xalalariniz, qardashinizin qizlari ve bacinizin qizlari, (elece de sud emmek ve evlenmek yolu ile diger bir alti deste:) sud analariniz, sud bacilariniz, arvadlarinizin analari, arvadlarinizin - yaxinliq etdiyiniz arvadlarinizin himayenizde olan qizlari - eger onlarla yaxinliq etmemisinizse onda size (anani boshayib qizla evlenmekde) bir gunah yoxdur-elece de (ogulluga goturduyunuz deyil) sizin belinizden olan ogullarinizin arvadlari ve hemchinin iki bacini bir yerde (eyni zamanda) almaq-(cahiliyyet dovrunde olub) kechen istisna olmaqla-size ebedi haram olunmushdur. Heqiqeten Allah hemishe chox bagishlayan ve mehribandir.
24. Ve (hemchinin) erli qadinlar - (muharibe zamani kafirlerden) esir dushenler istisna olmaqla - (size haram oldu). (chunki onlarin ersiz esir dushmeleri telaq hokmundedir.) Bunlar (bu hokmler) Allahin sizin uchun yazdigi ve qerara aldiqlaridir. Bunlardan (sadalanan on dord qismden) bashqalari size halal oldu ki, gunahdan chekinen ve zinadan uzaq halda oz mallarinizla (onlarla evlenmek) isteyesiniz. (Sadalanan on dord qismden bashqa) muveqqeti evlendiyiniz qadinlarin mehriyyelerini vacib (mal) olaraq odeyin. Vacib mehriyye teyin olunduqdan sonra (mehriyyenin aradan goturulmesi ve ya onun azaldilib-choxalmasi baresinde aranizda) qarshiliqli raziliga geldiyiniz sheyde sizin uchun gunah yoxdur. Heqiqeten Allah hemishe (ishlerin xeyrini) bilen ve (sheriet ve xilqetde) mohkem yaradilish sahibidir.
25. Sizlerden azad ve momine qadinlarla evlenmeye maddi imkani olmayan shexs malik oldugunuz kenizlerden cavan ve momine qizlarla evlensin. Allah imaninizi daha yaxshi bilir. Haminiz bir-birinizdensiniz (haminiz iman telleri vasitesi ile bir-birinize baglanmish bedenin uzvlerisiniz). Buna gore de sahiblerinin icazesi ile onlarla evlenin ve mehriyyelerini zina ehli ve gizlin ashnasi olana deyil, namuslu olduqlari teqdirde gozel bir terzde onlara odeyin. Belelikle eger bu qadinlar (kenizler) evlenende(n sonra) chirkin ishe (zinaya) murtekib olsalar, onlarin cezasi azad qadinlar uchun olanin yarisi qederdir. (Kenizle evlenmeye verilen) bu (icaze) sizin (subayliq) mesheqqet(in)den ve (zinanin) zerer(in)den qorxaniniz uchundur. Sizin uchun sebr etmek daha yaxshidir. Allah chox bagishlayan ve mehribandir.
26. Allah (dinin hokm ve maarifini) size aydinlashdirmaq, sizi sizden evvelkilerin (dini) adetlerine hidayet etmek ve nezerini size yoneltmekle tovbenizi qebul etmek isteyir. Allah bilen ve hikmet sahibidir.
27. Hemchinin Allah size nezer salmaq isteyir. Nefsi isteklere tabe olanlar ise sizin boyuk bir eyrilikle (haqq yoldan) sapmaginizi isteyirler.
28. Allah (muveqqeti evlenmek, kenizi almaq ve diger qanunlarla) size yungulluk getirmek isteyir. Insan (nefsinin istekleri muqabilinde) zeif ve aciz yaradilmishdir.
29. Ey iman getirenler, qarshiliqli raziliq esasinda olan ticaret istisna olmaqla oz aranizda bir-birinizin mallarini haqsiz yere (sheriet ve qanuna zidd yollarla) yemeyin. Intihar etmeyin, bir-birinizi oldurmeyin ve ozunuzu gunah tehlukesine atmayin. Heqiqeten Allah size qarshi hemishe mehribandir.
30. Onu (bashqasinin malini yemeyi ve birini oldurmeyi Allahin hokmunun) hedd(lerin)i ashmaq ve (ozune ve ya bashqalarina) zulm uchun eden kesi tezlikle (yandirici) oda salacaq ve odun istiliyini ona daddiracagiq. Bu, Allaha asandir.
31. eger size qadagan olunmush boyuk gunahlardan chekinseniz, Biz sizin kichik gunahlarinizi siler ve sizi sherefli bir yere daxil ederik. (Gunahlarin boyuk ve kichik adlandirmalari onlarin ferdi ve ya ictimai fesadlarina goredir. Amma eslinde Allaha itaetsizlik olmasi baximindan goturuldukde butun gunahlar boyukdur.)
32. Hech vaxt Allahin, vasitesile birinizi digerinizden ustun etdiyi sheyi arzulamayin (kishiler ve qadinlar bir-birlerinin sher`i, qanuni, cismi ve ruhi ustunluklerini, elece de hech bir shexs ve ya deste bashqasinin Allah terefinden verilmish mal, meqam ve ovlad kimi ustunluklerini arzulamasin. chunki bu imtiyaz ve ustunlukler hikmete ve yaradilish aleminin kamilliyine esaslanir ve ona zidd arzular cemiyyetde paxilligin ve fesadin ashkar olmasina sebeb olur). Kishilerin (ixtiyari ve ya qeyri-ixtiyari xususiyyetlerle) qazandiqlarindan (elde etdiklerinden) paylari vardir. Hemchinin qadinlarin qazandiqlarindan paylari vardir. Allahdan (bir shey istedikde) Onun fezlinden isteyin ki, heqiqeten Allah her bir sheyi bilendir (her bir kese onun xeyrine olani verir).
33. Ata-ana, yaxinlar ve (evlilik, cerire zemaneti, yaxud kolelikden azad olma) ehd - peyman(i) bagladiginiz keslerin qoyub getdikleri her bir mal uchun varisler mueyyenleshdirmishik (ve qohumlugun dereceleri arasindaki ferq esasinda onlara irs dushur). Her bir insan uchun (onun) mirasi chatan varisler mueyyenleshdirmishik (ve onlar) ata-ana ve onun (diger) yaxinlari, hemchinin (evlilik, cerire zemaneti, kolelikden azad etme ve imamet) ehd-peyman(i) bagladiginiz kesler(den ibaret)dir. Odur ki, (ey zemanenin hakimleri,) onlarin paylarini ozlerine verin. shubhesiz, Allah her sheye shahiddir.
34. Allah bezilerini (kishileri dushunce, ruh ve cismani quvve baximindan) diger bezilerinden (qadinlardan) ustun etdiyi uchun kishiler qadinlarin ixtiyar sahibidir (ve buna gore de cemiyyetin ishlerinin peygemberlik ve imamet meqami ile, elece de mesum terefinden teyinatla idare olunmasini kishilere mexsus etmishdir). Hemchinin kishiler mallarindan (arvadlarina) xercledikleri uchun oz arvadlarinin ixtiyar sahibidirler. Buna gore de leyaqetli qadinlar itaetkardirlar ve Allahin (onlarin huquqlarini) qorumasi muqabilinde onlar da (erleri yanlarinda olmayanda onlarin huquqlarini, sirlerini, mallarini) qoruyurlar. (Mushterek heyatla bagli meselelerde) itaetsizliklerinden qorxdugunuz qadinlara (evvelce) nesihet edin ve (sonra) yataqda onlardan uzaqlashin ve (eger yene xeyri olmasa, sheriet qanunu cherchivesinde) onlari vurun. Belelikle eger size itaet etseler daha (bundan sonra) onlara (eziyyet etmek uchun) bir yol axtarmayin. Heqiqeten Allah meqami uca ve boyukdur.
35. Ve (siz, ey sheriet hakimleri, yaxud ey qovmun agillilari ) eger o ikisinin (er ile arvadin) arasindaki chekishme ve ziddiyyetden qorxsaniz, onda bir hakim kishinin ailesinden ve bir hakim qadinin ailesinden gonderin ki, eger (arani) duzeltmek qesdleri olsa, Allah o ikisinin arasinda uygunluq yaradar. Heqiqeten Allah bilen ve xeberdardir.
36. Allaha ibadet edin ve hech bir sheyi Ona sherik qoshmayin, ata-anaya hemchinin qohumlara, yetimlere, yoxsullara, yaxin qonshulara, uzaq qonshulara, yaxin dostlara (hemkar, meclis yoldashi, sefer yoldashi ve bashqalarina), yolda qalana ve sahib oldugunuz qul ve kenizlere layiqli bir yaxshiliq edin. Heqiqeten Allah tekebburlu ve lovga shexsi sevmir.
37. Hemin o kesleri ki, (mal ve elmi serf etmekde ozleri) xesislik edir, camaati da (soz ve emelle) xesisliye sovq edirler ve Allahin oz fezl ve merhemetinden onlara verdiyini gizledirler. Biz kafirler uchun alchaldici bir ezab hazirlamishiq.
38. Hemin o kesler ki, mallarini riya ve camaata gostermek xatirine xercleyirler ve Allaha ve axiret gunune imanlari yoxdur. Yoldash ve hemdemi sheytan olan kes (bilsin ki,) o chox pis bir hemdemdir.
39. eger Allaha ve axiret gunune iman getirseydiler ve Allahin onlarin ruzisi etdiklerinden xercleseydiler, onlara ne ziyani olardi?! Allah hemishe onlari(n halini) bilendir.
40. shubhesiz, Allah (hech kese) zerre qeder de zulm etmez ve eger hemin miqdarda yaxshi emel movcud olsa onu (onun savabini, yaxud eynini axiretde) ikiqat artirar ve oz terefinden boyuk bir savab (mukafat) eta eder.
41. Buna gore de her ummetden (onlarin iman, kufr, itaetkarliq ve itaetsizliklerine shahidlik etmek uchun) bir shahid (peygemberlerini) getireceyimiz ve seni de bunlara (bu ummete, yaxud o shahidlere) shahid getireceyimiz zaman (senin ve camaatin hali) nece olacaq?!
42. Hemin gun kafirler ve Allahin elchisine itaetsizlik edenler arzu ederler ki, kash yerle (torpaqla) yeksan olaydilar! Allahdan hech bir sozu gizlede bilmezler.
43. Ey iman getirenler, serxosh halda (serxoshlugunuz aradan gedene ve) ne dediyinizi bilene kimi namaza yaxinlashmayin. Hemchinin musafir oldugunuz (ve onda su tapmadiginiz) hal istisna olmaqla cenabetli halda qusl edene kimi (namaza yaxinlashmayin). Elece de cenabetli halda qusl edene kimi mescide yaxinlashmayin. Kechmeyiniz (bir qapidan girib digerinden chixmaq) istisnadir. eger xeste ya seferde iken, sizden biri ayaqyolundan gelmish, ya qadinlarla yaxinliq etmish olsa ve su tapmasaniz (ve ya sudan istifade etmemeye uzurlu sebeb olsa) pak torpaq axtarin ve (iki elinizi ona vurduqdan sonra) uzunuze ve ellerinize surtun. Dogrudan da Allah efv eden ve chox bagishlayandir.
44. Meger kitabdan (semavi kitab olan Tovrat ve ya Incil elminden) bir pay verilmish kesleri gormedin ki, (hemin kitablardaki metlebleri gizletmek ve tehrif etmekle oz qovmleri uchun) azginligi nece alir ve sizin de haqq yoldan azmaginizi isteyirler?!
45. Allah sizin dushmenlerinizi daha yaxshi taniyir. Kifayetdir ki, Allah sizin dost ve bashchiniz olsun ve kifayetdir ki, Allah sizin yardimchiniz olsun!
46. Yehudilerden bezileri (Tovratin) kelmelerin(in) yerini (deyishib) tehrif edir ve dillerini (ereb lehcesinde oldugu kimi) eymekle ve dine tene vurmaq meqsedile deyirler: ''Eshitdik ve (batinde deyirler) itaetsizlik etdik ve eshit ki, eshitmeyesen''. (Onlarin bu sozlerinin zahiri menasi budur ki, pis eshitmeyesen. Lakin onu demekden meqsedleri budur ki, kar olasan yaxud yaxshi soz eshitmeyesen.) Hemchinin ''raina'' deyirler (ki, onun menasi ereb dilinde ''bizi riayet et'', ibrani dilinde ise ''ey bizim chobanimiz'' demekdir)! eger onlar ''eshitdik ve itaet etdik ve eshit ve bize nezer sal'' deseydiler, shubhesiz (bu) onlar uchun daha yaxshi ve duzgun olardi. Lakin Allah onlari kufrleri vasitesile lenetlemish ve (rehmetinden) uzaqlashdirmishdir. Buna gore de onlarin yalniz az bir hissesi iman getirer (ve ya onlar heqiqetlerin yalniz az bir qismine iman getirerler).
47. Ey (semavi) kitab verilmish kesler, bezi uzleri mehv ederek arxalarina chevirmemishden (cisimlerini bu hala salmamishdan ve ya ruhlarini imandan kufre dondermemishden), yaxud eshabus-sebti (shenbe gunu baliq tutan baliqchilari) lenetlediyimiz (ve eybecer hala saldigimiz) kimi onlara da lenet ederek (rehmetimizden) uzaqlashdirmamishdan qabaq yaninizda olan (din ve kitab)in tesdiqi olan (ve bu Peygemberin ve onun kitabinin sizin yaninizda olan elametleri ile uygun gelen) nazil etdiyimize (Qur`ana) iman getirin. Allahin emri hemishe yerine yetendir.
48. shubhesiz, Allah Ona sherik qoshulmasini (bu gunahi) bagishlamaz ve ondan bashqasini (yaxud ondan kichik gunahlari) istediyi shexs uchun (tovbesiz) bagishlayar. Allaha sherik qoshan kes heqiqeten boyuk bir gunah uydurmushdur.
49. ozlerini temize chixarib terifleyenleri gormedinmi?! (Besher ovladina ozunu teriflemek yarashmaz,) eksine istediyinin pak olmasini terifleyen Allahdir. (eger Allah onlari teriflemese ve onlara ozlerini teriflediklerine gore ezab verse) onlara xurma cherdeyinin uzerinde olan nazik sap qeder de zulm olunmaz.
50. Bax gor (ozlerini teriflemek ve Onun ovladi olmalarini iddia etmekle) Allaha qarshi nece yalan uydururlar. Ashkar bir gunah kimi, ele bu kifayetdir.
51. Meger kitabdan (Tovrat ve Incilden) bir pay verilmish kesleri gormedinmi ki, her but ve azgina iman getirir ve kufr eden kesler baresinde ''onlar iman getirenlerden daha dogru yoldadirlar'' deyirler?!
52. Onlardir Allahin lenet etdiyi (oz rehmetinden uzaqlashdirdigi) kesler! Allahin lenet etdiyi shexse esla bir yardimchi tapa bilmezsen.
53. Meger onlarin (Tovrat ve Incil alimlerinin) hokumetden bir paylari var (ki, peygemberlik ve hidayeti istedikleri shexse versinler)?! eger ele olsaydi, onda onlar camaata (mal ve meqamdan) hetta xurma tumunun arxasindaki noqte qeder de olsun (bir shey) vermezdiler!
54. Yoxsa onlar Allahin insanlara (Peygembere ve onun ehli-beytine) oz fezlinden verdiyi sheye gore paxilliq edirler? Heqiqeten, Biz Ibrahim ailesine kitab ve hikmet (peygemberlik, sheriet ve eqli maarif) verdik ve onlara boyuk bir hokumet eta etdik.
55. Belelikle onlarin (kitab ehlinin) bezisi ona (Muhemmede-sellellahu eleyhi ve alihi ve sellem) iman getirdi, bezisi ondan uz donderdi ve bashqalarini da ona iman getirmekden saxladi. Alovlanmish od olan Cehennem onlara kifayetdir.
56. shubhesiz, ayelerimizi (Qur`ani) ve (tovhid) nishanelerimizi inkar edenleri tezlikle (olen kimi Berzex aleminde, yaxud Allahin nezerinde tez olan Qiyametde yandirici) oda daxil edecek ve onun istiliyini onlara daddiracagiq. Derileri yanib bishdiyi zaman onlarin yerine bashqa deriler getirerik ki, ezabi (tam) dadsinlar. Dogrudan da Allah qudretli ve hikmet sahibidir.
57. Iman getirib yaxshi ishler goren kesleri tezlikle (qesrlerinin ve agaclarinin) altindan chaylar axan Cennetlere daxil edeceyik. Onlar orada hemishelik ve ebedi qalarlar. Onlar uchun orada (qadinlara xas aybashidan, pis exlaq ve emelden, cismani eyblerden) pak zovceler vardir ve onlari genish ve sabit kolge altina daxil ederik.
58. Heqiqeten, Allah size emanetleri (vacibi emelleri Allaha ve camaatin haqlarini onlara) oz sahiblerine qaytarmaginizi emr edir. Insanlar arasinda (mubahise ve dava-dalash baresinde ve ya shexsler ve hadiseler haqqinda) hokm chixaranda, edaletle hokm chixarin. Dogrudan da Allah size gozel bir oyudle nesihet edir. Heqiqeten Allah hemishe eshiden ve gorendir.
59. Ey iman getirenler, Allaha itaet edin, Onun peygemberine ve (Peygemberin mesum canishinleri olan) oz emr sahiblerinize tabe olun. Belelikle, eger (din ve ya dunya ishlerinden) bir shey baresinde mubahiseniz olsa, Allaha ve axiret gunune imaniniz varsa, onu Allaha ve Onun peygemberine hevale edin (dini ixtilafi sheriet alimi, dunya baresindeki ixtilafi ise qazi vasitesile Allahin kitabina ve Peygemberin sunnesine esaslandirin). Bu (sizin uchun) daha xeyirli ve netice baximindan daha gozeldir.
60. Meger sene nazil olana ve senden evvelkilere (kechmish peygemberlere) iman getirdiklerini guman eden, lakin (mubahise zamani) muhakimeni ona qarshi kafir olmalari emr olunmush azginlarin (kafirlerin azgin hakimlerinin) yanina aparmaq isteyen kesleri gormedin?! sheytan onlari uzun-uzadi bir zelaletle azdirmaq isteyir.
61. Onlara ''Allahin nazil etdiyine ve Onun peygemberine teref gelin'' deyildikde, munafiqlerin senden tam uz dondermelerini ve bashqalarini da saxlamalarini gorersen.
62. Bele ise, oz elleri ile etdiklerinin cezasi olaraq onlara bir musibet gelen zaman (onlarin uzrxahliq ve rusvaychiliqlari) nece olacaq? Senin yanina gelerek Allaha and ichirler ki, bizim (kafirlerin yanina muhakimeye getmekde) yaxshiliqdan ve (iki teref arasinda) barishiq yaratmaqdan bashqa bir meqsedimiz yox idi!
63. Allah onlarin qelblerindekini (ikiuzluluk ve dushmenchiliyi) bilir. Buna gore de onlardan uz chevir (mubarize ve doyush fikrinde olma), onlara nesihet ver ve yeterli ve canlarina tesir eden soz de.
64. Biz her bir peygemberi, yalniz Allahin komek ve izni ile itaet olunmaq uchun gondermishdik. eger onlar ozlerine zulm etdikleri zaman senin yanina gelseydiler, sonra Allahdan bagishlanmaq isteseydiler ve Allahin Peygemberi de (Allahdan) onlar uchun bagishlanmaq dileseydi, shubhesiz Allahin chox tovbe qebul eden ve mehriban oldugunu gorerdiler.
65. Amma bele deyildir (onlarin imanlari yoxdur). Senin Rebbine and olsun ki, onlar aralarindaki ixtilaflarda seni hakim etmeyince, sonra ise senin verdiyin hokme gore ozlerinde hech bir sixinti ve narahatliq duymayib tamamile teslim olmayinca iman getirmezler.
66. eger Biz onlara ''(cihad cebhesinde hazir olmaqla) ozunuzu oldurun ve ya oz veten ve evlerinizden chixin'' (deye) qerar verseydik, (bunu) onlarin az bir qismi istisna olmaqla, yerine yetirmezdiler. eger onlara verilen nesihetlere emel etseydiler, shubhesiz bu, onlar uchun daha yaxshi ve imanin sabitliyi ve ruhun guclenmesi baximindan daha mohkem olardi.
67. Onda Biz de mutleq onlara oz terefimizden boyuk bir mukafat eta ederdik.
68. Ve shubhesiz, onlari (etiqad, exlaq ve emelde) dogru yola hidayet ederdik.
69. Allaha ve Onun Peygemberine itaet edenler (dunya ve axiretde) Allahin nemet verdiyi keslerle - peygemberler, dogruchular, shehidler, emellere shahid olanlar ve saleh insanlarla - birlikdedirler. Onlar gozel dostlardir.
70. (Hemin shexslerle) bu (dostluq) Allah terefinden olan bir eta ve bexshishdir. Allahin (her kesin layiq oldugu dereceni ve ona munasib olan savabi) bilmesi kifayetdir.
71. Ey iman getirenler, (din dushmenleri qarshisinda) oz hazirliginizi qoruyaraq silahlarinizi goturun. Belelikle (sheraite uygun olaraq) deste-deste ve ya hamiliqla hereket edin ve kochun.
72. shubhesiz, sizin aranizda (cihada yola dushmekde) agir terpenen (ve bashqalarini da agir terpenmeye vadar eden), belelikle size bir musibet uz verdikde ''Allah mene lutf ve komek etdi ki, orada onlarla birge olmadim'' deyen de var.
73. Ve eger size Allah terefinden (qelebe ve qenimet kimi) bir lutf ve merhemet gelse, o, sizinle onun arasinda esla bir dostluq ve mehebbet olmamish (ve sizinle birge doyushde ishtirak ede bilmezmish) kimi deyer: ''Kash men de onlarla birge olub boyuk bir feyze nail olaydim!''
74. Odur ki, gerek dunya heyatini axirete satan kesler Allah yolunda vurushsunlar. Kim Allah yolunda vurusharaq oldurulse, yaxud qalib gelse, tezlikle ona boyuk bir mukafat eta edeceyik.
75. Size ne olub ki, Allah yolunda ve (o gunlerde mushriklerin hakimiyyeti altinda olan Mekke muselmanlarinin, elece de butun esrlerde zemane imperiyalarinin hakimiyyeti altinda olan) kishi, qadin ve ushaqlardan ibaret mustezeflerin (zeif hala salinib hemin halda saxlanilan tebeqenin) - hemishe ''ey Rebbimiz, bizi ehalisi zalim olan bu sheherden kenara chixart, bize oz terefinden bir bashchi ver ve bize oz terefinden bir komekchi teyin et'' deyen keslerin (nicati) ugrunda vurushmursunuz?!
76. Iman getirenler Allah yolunda vurushurlar. Kufr edenler ise azginin (haqqa itaetsizlik eden tugyanchinin) yolunda vurushurlar. Buna gore de siz sheytanin komekchileri ve dostlarina qarshi vurushun. shubhesiz sheytanin mekr ve hiylesi hemishe (Allahin tokduyu tedbir muqabilinde) zeifdir.
77. Meger (cihad hokmunden qabaq Mekkede) ''(mushriklerle doyushden) el saxlayin, namaz qilin ve zekat verin'' deyilen (lakin doyushe telesen), amma (Medinede) doyush yazilan ve qerara alinan zaman, bir destesi insanlardan Allah qorxusu qeder ve ya ondan da artiq qorxan ve ''ey Rebbimiz, ne uchun bize doyush qerara aldin (yazdin)? Ne uchun bize azaciq bir mohlet vermedin?'' deyen kesleri gormedinmi?! De: ''Dunyanin menfeeti azdir ve teqvalilar uchun axiret daha yaxshidir. (Orada) size hetta xurma cherdeyinin yarigindaki nazik tel qeder zulm olunmayacaq ve haqqinizdan kesilmeyecekdir.''
78. Harada olsaniz, hetta ucaldilmish hasarlar ve qesrlerin ichinde olsaniz bele, olum sizi haqlayacaqdir. Onlara (munafiqlere) bir yaxshiliq (servet, firavanliq ve qenimet) yetishende ''bu, Allah terefindendir'' deyerler, bir pislik (yoxsulluq, xestelik ve meglubiyyet) yetishende ise ''bu, senin terefindendir (senin nehsliyinin ucbatindandir)'' deyerler. De: ''Bunlarin hamisi Allah terefindendir'' (dunyada bash veren butun hadiseler birbasha Onun istek ve iradesi iledir, lakin onlari yaradan sebebler muxtelifdir). Bes bu qovme ne olub ki, sozu derk etmek istemirler?
79. (Ey insan,) sene yetishen her hansi bir yaxshiliq Allah terefindendir (onun sebebi Allahin rehmetidir) ve sene yetishen her hansi bir pislik senin oz terefindendir (onun sebebi senin gunahlarindir). (Ey Peygember,) Biz seni insanlara elchi olaraq gonderdik. Allahin (senin peygemberliyine) shahid olmasi kifayetdir.
80. Allahin peygemberine itaet eden kes, eslinde Allaha itaet edib ve kim uz donderse, Biz seni onlarin (emelleri) uzerinde gozetchi gondermemishik.
81. Onlar (senin yaninda) ''itaet edenlerik'' deyirler. Senin yanindan chixanda(n sonra ise) onlarin bir destesi oz gece yigincaqlarinda, bashlarinda senin dediyinden bashqasini ve ozlerinin senin yaninda dediklerinden bashqa shey dolandirirlar. Allah onlarin geceler bashlarinda dolandirdiqlarini yazir. Odur ki, onlardan uz donder ve Allaha tevekkul et. Allahin ishleri ohdesine goturmesi kifayetdir.
82. Bes meger onlar bu Qur`anin (maarifi) baresinde dushunmurler?! eger o, Allahdan qeyrisi terefinden olmush olsaydi, shubhesiz, onda choxlu ziddiyyet tapardilar.
83. eger onlara emin-amanliq ve ya qorxu (muselmanlarin qelebesi ve ya meglubiyyetinin sebebi) baresinde bir xeber chatsa (arashdirmadan) onu yayarlar, halbuki eger onu Allahin peygemberine ve ozlerinin ixtiyar sahiblerine hevale etseydiler, shubhesiz onlardan arashdirma ehli olanlar onun heqiqetini derk ederdiler (ve bir chare yolu tapardilar). eger Allah size lutf ve merhemet gostermeseydi, shubhesiz ki, az bir qisminizi chixmaqla haminiz sheytana tabe olardiniz.
84. Odur ki, Allah yolunda vurush. Sen yalniz ozun (oz vezifen) uchun mesuliyyet dashiyirsan. Mominleri de (cihada) heveslendir. umid var ki, Allah kafirlerin bela ve zererin(den siz)i saxlasin. Allah daha artiq bela ve daha agir ceza verendir.
85. Kim (her hansi bir xeyir ishde Allah ve ya mexluq yaninda) gozel vasitechilik etse, hemin ishden ona pay (dunyada ve axiretde savab) chatacaqdir. Hemchinin kim pis vasitechilik (her hansi bir nahaq ishde ve ya leyaqetsiz bir shexsin xeyrine vasitechilik) etse, ona da hemin ishden (ishin gunah ve ezabindan) pay dushecekdir. Allah hemishe her sheye qadir ve her sheyi qoruyandir.
86. Size salam verildikde siz ondan daha gozel ve yaxud onun kimi bir salam(la cavab) verin. shubhesiz, Allah her sheyin hesabini aparandir.
87. Tek olan Allahdan bashqa bir tanri yoxdur. Sizi mutleq, (qebirlerinizden) baresinde hech bir shekk-shubhe olmayan Qiyamet gunune (hesaba) toplayacaqdir. Sozde kim Allahdan daha dogruchu ola biler?!
88. Bes size ne olub ki, munafiqler baresinde iki deste olmusunuz (bir desteniz onlara terefdar, diger bir deste ise muxalif olub), halbuki Allah onlari etdiklerine gore kufr ve azginliq halina salmish ve qelblerini alt-ust etmishdir! Allahin oz azginligi icherisinde boshladigi kesi hidayet etmek isteyirsiniz?! Allahin oz azginligi icherisinde boshladigi shexs uchun (onun yaxshiligina dogru) esla bir yol tapa bilmezsen.
89. (Bu aye kitab ehli ve mushriklerden olan kafirlerin oz mushrik qohum ve dostlarinin icherisinde olanlar baresindedir.) Onlar sizin de ozleri kimi kafir olmanizi isteyirler ki, bir-birinizle beraber olasiniz. Buna gore de onlar Allah yolunda (ve dini qebul etmelerini subuta yetirmek uchun Islam diyarina) hicret etmeyince, esla onlardan dostlar goturmeyin. Belelikle eger (bu ishden) uz donderseler onlari (mushrikler kimi) harada tapsaniz tutun ve oldurun. Onlardan hech vaxt dost ve komekchi goturmeyin.
90. Sizinle aralarinda ehd-peyman olan bir desteye birleshenler ve ya sineleri sizinle, yaxud oz tayfalari ile vurushmaqdan tenge gelmish halda sizin yaniniza gelenler (bu hokmden) mustesnadirlar. eger Allah isteseydi, shubhesiz, onlari sizin ustunuze mirasin bir. Meger kitabdan Allaha qarshi nece yalan uydururlar. Ashkar bir gunah kimi, ele bu kifayetdir.
salar ve onlar mutleq sizinle vurushardilar. Buna gore de eger sizden uzaqlashsalar, sizinle vurushmaq istemeseler ve sulh teklifi verseler, onda Allah sizin uchun onlara qarshi (onlara hucum etmeye) bir yol qoymamishdir.
91. Tezlikle (hem) sizden amanda ve (hem de) oz qovmlerinden xatircem olmaq isteyen diger bir deste ile qarshilashacaqsiniz. Onlar her defe kufre ve muselmanlarla doyushe chagrilanda, ona teref qayidirlar. Belelikle, eger onlar sizden uzaqlashmasalar, sulh teklifi ireli surmeseler ve sizden el chekmeseler onda, onlari harada tapsaniz tutun ve oldurun. Size uzerlerinde achiq-ashkar hokmranliq bexsh etdiyimiz kesler onlardir.
92. Hech bir momine sehv ve xeta (tamamile xeta uzunden bash veren ve ya qesden edilene oxshayan xeta) istisna olmaqla hansisa bir momini oldurmek yarashmaz (ve bu hem agil, hem de sheriet baximindan da reva deyildir). Kim sehven bir momini oldurse, (qetlin keffaresi olaraq) bir momin qulu azad etmeli ve oldurulenin qohumlarina (qanbahasini) bagishlamadiqlari teqdirde qanbahasi vermelidir. eger oldurulen shexs sizinle dushmen olan bir desteden, ozu de momin olsa, onda (keffare olaraq) momin bir qulun azad edilmesi vacibdir (ve qanbahasi lazim deyildir). eger sizinle aralarinda (sulh ve ya himaye) ehd-peyman(i) baglanmish bir desteden olsa, onda onun qanbahasi qohumlarina verilmeli ve momin bir qul azad edilmelidir. (Qul) tapmayan kes dalbadal iki ay oruc tutmalidir. (Bunlar) Allah terefinden olan bir tovbedir. Allah hemishe (her sheyi) bilen ve hikmet sahibidir.
93. Kim bir momini qesden oldurse (ve bu emeli halal hesab etse), onun cezasi Cehennemdir ki, orada ebedi qalacaqdir. Hemchinin Allah ona qezeb eder, onu oz rehmetinden uzaqlashdirar ve onun uchun boyuk bir ezab hazirlayar.
94. Ey iman getirenler, Allah yolunda (cihad etmek uchun) sefere chixdiginiz zaman diqqetle arashdirma aparin ve size salam veren ve zahirde Islama mensubiyyet bildiren shexse, dunya heyatinin menfeetini elde etmek isteyerek (bu behane ile onu oldurmek uchun) ''sen momin deyilsen'' demeyin, halbuki Allah yaninda choxlu qenimetler vardir. Bundan qabaq siz de, Allah (heqiqi imanla) sizin boynunuza haqq qoyana kimi ele idiniz (dilde iman getirdiyinizi bildirir ve hemchinin dunya menfeeti uchun adam oldururdunuz). Buna gore de gerek arashdirma aparasiniz. Heqiqeten Allah etdiklerinizden xeberdardir.
95. Cisminde xesaret ve diger uzru olmadan (mustehebbi ve ya vacibi-kifayi) cihada getmeyib (evde) oturan mominler, Allah yolunda mal ve canlari ile cihad edenlerle esla bir deyildirler. Allah mal ve canlari ile cihad edenleri (evde) oturanlardan (yuksek) bir derece ile ustun etmishdir ve Allah onlarin her birine (iman ve emeli muqabilinde) yaxshi bir mukafat ved etmishdir. Allah cihad edenlere (evde) oturanlardan daha boyuk mukafatla ustunluk eta etmishdir,
96. oz terefinden (dunya ve axiretde) dereceler, bagishlanmaq ve rehmetle! Allah hemishe bagishlayan ve mehribandir.
97. Heqiqeten melekler ozlerine zulm etmekde olan keslerin canlarini alarken (onlara) deyecekler: ''(Din baximindan) ne (veziyyet)de idiniz?''. Deyecekler: ''Biz yer uzunde (iman ve emel cehetden) zeif (veziyyetde saxlanilmish halda) idik''. Melekler deyecekler: ''Meger Allahin yeri genish deyildi ki, orada (kufr muhitinden Islam muhitine) hicret edeydiniz?!'' Odur ki, onlarin yerleri Cehennemdir ve ora chox pis bir donush yeridir.
98. Hech bir charesi olmayan ve (hicret etmeye) hech cur yol tapa bilmeyen zeif salinmish kishi, qadin ve ushaqlar (hakim qudretin ve ya elm oyrenmeye mane olan muhitin zeif hala saldigi bu kesler) mustesnadirlar.
99. Buna gore de umid var ki, Allah onlari efv etsin. Allah hemishe chox efv eden ve bagishlayandir.
100. Kim Allah yolunda (cihad etmek, yaxud dini elm oyrenmek ve ya lazim olan dunya mali uchun) hicret etse, (oz din ishlerini temin ede bilmesi uchun) yer uzunde ureyi isteyen qeder choxlu ve genish siginacaq tapacaqdir. Kim oz evinden Allaha ve Onun peygemberine teref hicret etmek niyyeti ile chixsa, sonra olum onu haqlasa, heqiqeten, onun mukafati Allahin ohdesinedir. Allah hemishe chox bagishlayan ve mehribandir.
101. Yer uzunde (hetta bir agac mesafe miqdarinda olsa bele) sefere chixdiginiz zaman kafirlerin size zerer ve ziyan vurub incideceklerinden qorxdugunuz teqdirde (oz dord ruketli) namaz(lar)inizdan (iki ruketi) azaltmaginizda size gunah yoxdur. shubhesiz, kafirler hemishe size achiq-ashkar dushmendirler.
102. (Tehluke zamani) aralarinda olub onlar uchun (xof) namaz(ini camaat namazi sheklinde) qildigin zaman, onlardan bir deste (senin namazinin birinci ruketinde) seninle birge qalxsinlar (ve namaz qilsinlar) ve elbette oz silahlarini da gotursunler. Ele ki, secdeye getdiler (ve namazin ikinci ruketini camaat namazi deyil, tek qilinan namaz niyyeti ile tamamladilar, gedib) sizin arxanizda (dushmenin qarshisinda) dursunlar ve namazini qilmamish diger bir deste gelsin ve oz namazlarini senin (ikinci ruketin)le birge qilsinlar. elbette gerek ehtiyatli olsunlar ve silahlarini gotursunler. chunki kafirler isteyirler ki, siz oz silahlarinizi ve mallarinizi yaddan chixarasiniz, belelikle de onlar qefilden size hucum etsinler. eger yagishdan eziyyet chekseniz, yaxud xeste olsaniz silahlarinizi yere qoyaraq ehtiyat halinda olmaginiz sizin uchun gunah deyildir. Heqiqeten Allah kafirler uchun alchaldici bir ezab hazirlamishdir.
103. (Xof) namazi(ni) tamamladiqdan sonra (butun hallarda) duran, oturan ve boyru uste uzanan halda Allahi yada salin ve (dushmenin sherinden) amanda oldugunuz zaman namaz(i adi qaydada) qilin. shubhesiz namaz mominlere hemishe vacib olan bir qerardir.
104. (Kafirlerden olan) o desteni axtarmaqda ve teqib etmekde sustluk gostermeyin. eger siz agri ve eziyyet chekirsinizse, onlar da sizin kimi agri ve eziyyet chekirler, (halbuki,) siz Allahdan ele bir sheye umid edirsiniz ki, onlar (buna) umid etmirler. Allah hemishe (her sheyi) bilen ve hikmetlidir.
105. Heqiqeten Biz bu kitabi sene haqq olaraq (uca ve agilin tesdiq etdiyi bir meqsedle) nazil etdik ki, insanlar arasinda Allahin sene gosterdiyi esasda hokm chixarasan. Xainlerin mudafiechisi olma!
106. Allahdan bagishlanmaq dile ki, heqiqeten Allah hemishe chox bagishlayan ve mehribandir.
107. ozlerine xeyanet eden (ve oz qebilelerinin etdiyi ogurlugu bir yehudinin boynuna atan) kesleri mudafie etme ki, Allah xeyanetkar ve gunahkar shexsi sevmir (muselmanlardan biri digerinin zirehini ogurlayib onu bir yehudinin boynuna atmishdi. Ish mehkemelik oldu ve ogrunun qebilesi Peygemberden (s) muselmanin abrini qorumaq uchun onun lehine hokm etmesini istedi. Sekkize yaxin aye bu hadise ile baglidir).
108. Camaatdan gizledirler, Allahdan ise gizletmirler (hemin ishin Allahdan gizli olmamasindan qorxmurlar), halbuki Allah Onun razi olmadigi soz baresinde gece arashdirma aparib chare fikirleshdikleri zaman (Peygembere(s) muselmanin xeyrine hokm etmesini demeyi planlashdirarken) onlarla birge idi. Allah hemishe onlarin etdiklerini (elm ve qudret baximindan) ehate etmishdir.
109. (Ogrunun qebilesine xitaben:) Bir baxin, (tutaq ki,) dunya heyatinda onlari (xainleri) siz mudafie etdiniz, amma (bes) onlari Qiyamet gunu Allahin qarshisinda kim mudafie edecek, yaxud kim onlarin ishine yarayacaq?!
110. Her kim pis bir ish gorse, yaxud ozune zulm etse (ozune ve ya bashqasina zulm etse, yaxud etiqad ve ya emelde gunah etse), sonra Allahdan bagishlanmaq dilese, Allahin bagishlayan ve mehriban oldugunu gorer.
111. Kim bir gunah qazansa, eslinde (hetta maddi fayda ve lezzetleri olmush olsa bele) oz ziyanina qazanir. Allah hemishe bilen ve hikmetlidir.
112. Kim (sehven ve ya bilerekden, yaxud ferdi ve ya ictimai) bir gunah etse, sonra onu gunahsiz bir shexse nisbet verse, shubhesiz, boynuna (bashqalarina tohmet vurmaqda) bohtan ve ashkar bir gunah goturmushdur.
113. eger Allahin lutf ve merhemeti senin halina shamil olmasaydi, heqiqeten onlardan bir deste seni (hokm chixarmaqda) azdirmaq qerarina gelmishdi. Halbuki onlar ozlerinden bashqasini azdirmaz ve sene hech bir zerer-ziyan vura bilmezler. Allah (sema) kitab(ini) ve hikmeti (sheriet elmleri ve eqli maarifi) sene nazil etdi ve bilmediklerini sene oyretdi. Allahin sene lutf ve merhemeti hemishe boyukdur.
114. Onlarin gizli sohbetleri ve (bir-birlerinin qulaqlarina) pichildadiqlarinin choxunda - sedeqeye, ya xeyir bir ishe ve yaxud insanlarin arasini duzeltmeye emr eden kesler(in gizli sohbetleri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahin raziligini qazanmaq uchun bele etse, tezlikle ona boyuk bir mukafat vereceyik.
115. Kim hidayet yolu ona aydin olduqdan sonra Bizim gonderdiyimiz peygemberle muxalifet ve dushmenchilik etse ve mominlerin yolundan bashqa bir yola tabe olsa, onu ele uz tutdugu terefe yonelder, Cehenneme daxil eder ve onun heraretini ona daddirariq. Ora pis bir donush yeridir.
116. shubhesiz, Allah Ona sherik qoshulmasini (bu gunahi, tovbesiz) bagishlamaz ve ondan bashqasini (ondan bashqa ve ya ashagi gunahlari) istediyi shexs uchun (bezi shertlerle, hetta tovbesiz bele,) bagishlayar. Allaha sherik qoshan kes, heqiqeten uzun-uzadi bir azginliga dushmushdur.
117. Onlar Allahdan bashqa yalniz qizlari (qebilelerin ogey qizlari hesab edilen butleri) chagirir ve (eslinde) yalniz azgin ve itaetsiz sheytani sesleyirler.
118. Allah ona lenet etdi ve onu oz rehmetinden uzaqlashdirdi. O dedi: ''And olsun ki, men Senin bendelerinden (ozum uchun) mueyyen bir pay gotureceyem''. (Dunyada butun kafir ve fasiqler, axiretde ise muqessir kafirler ve shefaetin shamil olmadigi fasiqler onundur.)
119. ''Ve shubhesiz onlari azdiracaq ve (uzun-uzadi) arzulara duchar edeceyem; onlara emr edeceyem ki, dordayaqlilarin qulaqlarini (xurafat ve bidet uzunden) deshsinler (Maide suresi, 103-cu aye); Allahin (ruh ve cismdeki) xilqetini deyishdirmelerini (fitri dini kufre, yaxshi sifetleri reziletlere, ibadetleri itaetsizliye ve tebii cismi bashqa bir shekle salmalarini) emr edeceyem. Kim Allahin yerine sheytani ozune bashchi ve yardimchi goturse, dogrudan da ashkar bir ziyana dushmushdur.
120. sheytan onlara vede verir ve arzulara daldirir. sheytan onlara aldadici vedden bashqa bir shey vermir.
121. Onlarin yerleri Cehennemdir ve ondan qachmaga esla bir yol tapmazlar.
122. Iman getirib yaxshi ishler gorenleri tezlikle (ev ve agaclarinin) altindan chaylar axan Cennetlere daxil edeceyik (ve onlar) orada ebedi qalacaqlar. (Bu,) Allahin verdiyi haqq bir veddir. Allahdan daha dogru danishan kimdir?!
123. (Axiretde mukafat ve cezanin verilmesi) ne (sonuncu peygemberin ummeti oldugunuza gore) sizin arzunuzladir ve ne de (ki, ozlerini Allahin dostu ve ovladlari hesab eden) kitab ehlinin arzusuyla. Kim pis bir ish gorse, cezalandirilacaqdir ve ozu uchun Allahdan bashqa bir dost ve komek eden tapmayacaqdir.
124. Kishi ve ya qadinlardan momin olaraq yaxshi ishlerden (bir shey) yerine yetiren kesler, Cennete daxil olacaqlar ve onlar hetta xurma cherdeyinin arxasindaki noqte qeder zulme meruz qalmayacaq ve haqlarindan kesilmeyecekdir.
125. Kimin dini yaxshi emel sahibi olub (sheriet baximindan) haqperest Ibrahimin dinine tabe halda butun vucudunu Allaha teslim eden shexs(in dinin)den daha gozeldir? Allah Ibrahimi (ozune) dost tutmushdur.
126. (Her bir sheyin yaradilishi, qorunmasi, idare olunmasi ve nezerde tutulan zamanda yox edilmesi Allahin irade ve isteyi ile oldugu uchun) goylerde ve yerde olanlar (onlarin ozleri de daxil olmaqla) Allahin heqiqi mulkudur. Allah hemishe (vucud, qudret ve elm baximindan) her sheyi ehate etmishdir.
127. Senden qadinlar (onlarla evlenmek ve onlarin irsi) baresinde hokm isteyirler, de: ''Onlar baresinde size (surenin evvelinde gorduyunuz kimi) Allah hokm verir. Hemchinin bu kitabda size oxunan sheyler - qerara alinmish haqlarini vermediyiniz ve evlenmeye regbet gostermediyiniz yetim qizlar baresinde, elece de (mallarini yediyiniz) zeif ve aciz ushaqlar baresinde (hokm verir). Ve (Allah size) yetimlerle edaletli ve insafla davranmaginizi (tovsiye edir).'' shubhesiz Allah gorduyunuz her bir xeyir ishi bilir.
128. eger bir qadin oz erinin itaetsizliyinden ya (ondan) uz dondermesinden qorxsa, o ikisine (hetta ozlerinin bezi huquqlarindan kechmekle olsa bele) aralarinda bir nov sulh ve barishiq etmelerinde gunah yoxdur. (eslinde) sulh daha yaxshidir. (elbette) paxilliq ve gozu goturmezlik tebietce (insanlarin) canlarin(in) ayrilmaz bir hissesine chevrilmishdir (onlarin oz haqlarindan kechmeleri chetindir). eger yaxshiliq etseniz ve teqvali olsaniz, shubhesiz, Allah etdiklerinizden xeberdardir.
129. Siz her ne qeder chox isteseniz de, hech vaxt arvadlar arasinda (batini meyllerde) edalete riayet ede bilmezsiniz. Buna gore de (hech olmasa, zahiri vezifelerde) onlarin birinden tamamile uz donderib onu qeyri-mueyyen sheraitde (havada) qoymayin. eger sulh ve barishiq etseniz ve teqvali olsaniz, shubhesiz Allah hemishe bagishlayan ve mehribandir.
130. eger (tesadufen) o ikisi (erle arvad) bir-birinden ayrilsalar, Allah onlarin her birini oz (rehmetinin) genishliyi ile ehtiyacsiz eder. Allah hemishe genish (vucud, qudret, elm ve rehmet) ve (xilqet ve sherietde) mohkem yaradilish sahibidir.
131. Goylerde ve yerde olanlar (onlarin ozleri de daxil olmaqla) Allahin heqiqi mulkudur. Heqiqeten Biz sizden evvel (semavi) kitab verilmish keslere, elece de size tovsiye etdik ki, Allahdan qorxun ve (hamiya xeberdarliq etdik ki,) eger kufr etseniz (Ona hech bir ziyan vurmazsiniz, chunki) goylerde ve yerde olanlar Allaha mexsusdur. Allah hemishe ehtiyacsiz ve (sifet ve ishlerinde) teriflenendir.
132. Hem goylerde ve hem de yerde ne varsa (onlarin hamisi) Allahin heqiqi mulkudur. (Varliq aleminin ishlerini) qaydaya salmaq uchun Allah bes eder.
133. Ey insanlar! eger istese sizin haminizi aradan aparar ve bashqa bir desteni (vucuda) getirer. Allah bu ishe hemishe qadirdir.
134. Kim dunya mukafatini istese (bilsin ki), dunya ve axiret mukafati Allahin yanindadir (ve Allah insanin niyyetine gore ona verer). Allah hemishe eshiden ve gorendir.
135. Ey iman getirenler, (butun ishlerinizde) hetta ozunuzun, ya ata-ananizin, yaxud yaxinlarinizin ziyanina olsa bele, hemishe ve tam shekilde edaleti berqerar edin ve Allaha gore shahidlik edin. eger (dava eden tereflerden biri) imkanli ya yoxsul olsa (siz onlarin veziyyetlerini nezere alaraq haqqa zidd shahidlik etmeyin, chunki) Allah onlara (onlarin halini nezere almaga) daha layiqlidir. Buna gore de nefsi isteye tabe olmayin ki, (neticede) haqdan uz cheviresiniz. eger dil(inizi nahaq terefe) eyseniz ya (shehadet vermekden) uz donderseniz, (bilin ki,) heqiqeten Allah etdiklerinizden hemishe xeberdardir.
136. Ey Allaha iman getirenler, Allaha ve Onun peygemberine, peygemberine nazil etdiyi kitaba ve bundan once nazil etdiyi kitaba (bunlarin hamisina) iman getirin. Ey dille iman getirmish kesler, (semimi qelbden) iman getirin! Ey imanlari gerchekleshmish kesler, onun qorunmasinda mohkem olun. Kim Allaha ve Onun meleklerine, (semavi) kitablarina, gonderdiyi peygemberler(in)e ve axiret gunune kafir olsa, heqiqeten, uzun-uzadi bir azginliga dushmushdur.
137. Heqiqeten Allah iman getirib sonra kafir olan, (daha sonra) yene iman getirib bir daha kafir olan, daha sonra kufrlerini artiran kesleri, esla bagishlayan ve (dogru) yola hidayet eden deyildir. (Iman ve kufr hallari bir neche defe tekrar olunmush ve nehayet kufr uzerinde dayanan kesler iman getirmeye nail ola bilmezler.)
138. Munafiqleri (Berzex aleminde ve Qiyametde) onlar uchun agrili bir ezab olacagi ile mujdele.
139. Hemin o kesleri ki, mominlerin yerine kafirleri ozlerine bashchi, komekchi ve dost tuturlar. (Munafiqler) izzet ve ezemeti onlarin (kafirlerin) yaninda axtarirlar? Bele ise (bilsinler ki,) heqiqeten butun izzetler Allaha mexsusdur.
140. Heqiqeten Allah size bu kitabda (6-ci surenin 68-ci ayesinde) nazil edib ki, Allahin ayelerinin ve nishanelerinin inkar ve mesxere edildiyini eshitdiyiniz zaman, onlar bashqa bir sohbete girishene qeder onlarla bir yerde oturmayin, eks halda siz de onlar kimisiniz. shubhesiz, Allah munafiqlerin ve kafirlerin hamisini Cehennemde bir yerde toplayacaqdir.
141. (Hemin) o kesler(i) ki, hemishe size bir hadise (uz vermesini) gozleyirler. Belelikle, eger Allah terefinden size bir qelebe yetishse, ''meger biz sizinle birge deyildik? (Odur ki, qenimetlerden bizim de payimizi verin)'' deyerler. eger (qelebeden) kafirlere bir pay dushse, (kafirlere) deyerler: ''Meger biz (sohbetde) size qalib gelmirdik (ki, qelebe chalmaq uchun oz eqidelerinizden mohkem yapishin)?; meger doyushlerde size qalib gelmirdik ve sizden el goturerek, sizi mominlerden (onlarin zerer-ziyanlarindan)qorumurduq? (Buna gore bizi de qenimete sherik edin)''. Allah Qiyamet gunu sizin aranizda hokm edecekdir. Allah hech zaman kafirlerin (delil-subut getirmekde) mominlere qalib gelmelerine bir yol qoymayacaqdir.
142. Heqiqeten munafiqler Allaha qarshi hiylegerlik edirler, halbuki, Allah onlari aldadir (onlarin hiylelerinin cezasini ozlerine qaytarir). Onlar namaza durarken (yerlerinden) sust qalxir, camaatla (unsiyyetde olarken) riyakarliq edir ve Allahi chox az yada salirlar.
143. Onlar bu arada (mominlerle kafirler arasinda, qelb ve ya emelde) teredduddedirler, ne (birdefelik) bunlarin terefindedirler ve ne de (birdefelik) onlarin. Allahin azginliqda boshladigi kes uchun esla bir yol tapa bilmezsen.
144. Ey iman getirenler, mominlerin yerine kafirleri ozunuze bashchi, yardimchi ve dost tutmayin! Meger Allaha oz eleyhinize (nifaqiniza delalet eden) aydin bir subut ve (ezabiniza dair) bir delil vermek isteyirsiniz?
145. shubhesiz, munafiqler odun en ashagi tebeqesindedirler ve onlar uchun esla bir yardimchi tapmayacaqsan.
146. Tovbe edib (oz vucudlarinin covherinden ve emellerinden xarab etdiklerini) duzeldenler, Allahdan (ve Onun kitabindan) mohkem yapishanlar ve dinlerini Allaha gore xalisleshdirenler istisna olmaqla ki, onlar mominlerle birge olacaqlar. Tezlikle Allah mominlere boyuk bir mukafat verecekdir.
147. eger shukr etseniz ve iman getirseniz, Allah size ezab vermeyi neyleyir (Onun buna ne ehtiyaci ve bunun Ona ne xeyri var)?! Allah hemishe qedirbilen (emeli qiymetlendirerek yaxshi mukafatlandiran) ve (her sheyi) bilendir.
148. Allah zulme meruz qalmish shexs istisna olmaqla (qeybet etmek, bohtan demek, pislemek, soz gezdirmek ve qargish etmek kimi) pis sozlerin ashkar ve ucadan deyilmesini sevmir. Allah hemishe eshiden ve bilendir.
149. eger yaxshi ishi ashkar etseniz, ya gizletseniz, yaxud pislikden (bashqalarinin pisliklerinden) kechseniz (bunlarin hamisinda ilahi xisletlere yiyelenmisiniz ve) heqiqeten Allah hemishe (gunahlardan) kechen ve qudretlidir.
150. elbette Allaha ve Onun peygemberlerine kafir olan, Allahla Onun peygemberleri arasinda (peygemberlerin haqq olmalari ve onlara etiqad beslenilmesi baximindan) ayriliq salmaq isteyen, ''biz bezilerine iman getirir, bezilerine ise kafir oluruq'' deyen ve onlarin (hamisina iman getirmekle hamisina kafir olmaq) arasinda bir yol tutmaq isteyen kesler -
151. onlar eslinde hemin (esl) kafirlerdir (chunki, peygemberlerin bezilerini inkar etmek hamisini inkar etmek demekdir). Biz kafirler uchun alchaldici bir ezab hazirlamishiq.
152. Allah tezlikle Ona ve Onun peygemberlerine iman getirib onlarin hech biri arasinda ayri-sechkilik salmayan (onlarin hamisini tesdiq eden) keslerin mukafatlarini verecekdir. Allah hemishe chox bagishlayan ve mehribandir.
153. Kitab ehli senden onlar uchun semadan bir kitab endirmeyini isteyirler! elbette onlar Musadan bundan da boyuyunu isteyib ''Allahi ashkar shekilde bize goster!'' dediler. Belelikle zulmlerine gore onlari ildirim vurdu. Yene onlara ashkar deliller geldikden sonra buzovu ozlerine tanri etdiler. Onda Biz bundan da kechdik ve Musaya aydin delil-subut (ve ashkar qudret) verdik.
154. Tur dagini ehd-peymanlarina gore (Tovrati qebul ve ona emel etmek baresinde ehd-peyman baglamaq uchun) onlarin bashi uzerine qaldirdiq ve onlara ''bu qapidan (Beytul-Muqeddesin qapisindan) secde eden halda (tam tevazokarliqla) daxil olun'' dedik. Onlara hemchinin ''shenbe gunu (baliq ovlamagin haramligi) heddi(ni) ashmayin'' dedik Onlardan mohkem bir ehd-peyman aldiq.
155. Belelikle (Biz Israil ovladlarini) ehd-peymani pozduqlarina, Allahin ayelerini inkar etdiklerine, (Allahin) peygemberleri(ni) haqsiz yere oldurduklerine, elece de ''qelblerimiz perdededir (ve senin sozlerini derk etmir)'' demelerine gore (lenet ve ezaba duchar etdik). (Lakin bu onlarin dedikleri kimi deyil) eksine, Allah ona (onlarin qelblerine) kufrlerine gore (bedbextlik) mohur(u) vurmushdur. Buna gore de onlar, az bir hissesinin azaciq imani istisna olmaqla iman getirmeyecekler.
156. Hemchinin (Isaya qarshi olan) kufrlerinin ve Meryemin (Isani haradan getirmesi) baresinde dedikleri boyuk bohtanin cezasi olaraq;
157. ve elece de ''biz Allahin peygemberi Meryem oglu Isani oldurduk'' demelerine gore (lenet ve ezaba duchar oldular)! Halbuki onu oldurmediler ve charmixa chekmediler, amma ish onlara bele gorundu (guman etdiler ki, Isa doyushde olduruldu, yaxud onun sheklinde olan bashqa bir shexsin oldurulmesini guman etdiler, yaxud da yalandan peygemberlik iddiasinda olan Isa adli birisi bir muddetden sonra olduruldu). Heqiqeten onun baresinde fikir ayriliginda olanlar bu barede shekk ve tereddud icherisindedirler ve o haqda zenn ve gumana tabe olmaqdan bashqa bir elmleri yoxdur. Onu heqiqeten oldurmeyibler,
158. eksine, Allah onu (diri halda ve dunyadaki bedeni ile) ozune (dergahina) teref qaldirib. Allah hemishe yenilmez qudret ve (xilqet ve sherietde) hikmet sahibidir.
159. Kitab (Tovrat ve Incil) ehlinden ele bir nefer yoxdur ki, olumunden (bir neche an) qabaq ona (Isanin Allahin elchisi ve qulu olmasina) iman getirmesin (lakin bu imanin hech bir xeyri yoxdur). (Yaxud: Kitab ehlinin hamisi (dunyanin sonunda Isa goyden yere gelenden sonra ve) olumunden qabaq ona iman getirecek.) O da Qiyamet gunu onlara shahid olacaqdir.
160. Beli, yehudilerden bash vermish (butun bu) zulmun ve hemchinin insanlarin choxunu Allahin yolundan saxlamalarinin cezasi olaraq, onlara halal edilmish (deve sudu ve eti, baliq ovu ve heyvanin piyi kimi) pak sheyleri onlara haram etdik.
161. Elece de chekindirilmelerine baxmayaraq selem aldiqlarina ve camaatin mallarini bosh ve nahaq yere yemelerine gore (hemin halal sheyleri onlara haram etdik). Biz onlarin kafirlerine agrili bir ezab hazirlamishiq.
162. Lakin onlarin elmde quvvetli olanlarina (Tovrat ve Incilin heqiqi alimlerine), sene ve senden evvel (kechmish peygemberlere) nazil olana iman getiren butun mominlere, xususile namaz qilanlara, hemchinin zekat verenlere ve Allaha ve axiret gunune iman getirenlere - onlarin hamisina tezlikle boyuk bir mukafat vereceyik.
163. shubhesiz, Biz Nuha ve ondan sonraki peygemberlere vehy gonderdiyimiz kimi sene de vehy gonderdik. Hemchinin Ibrahime, Ismaile, Ishaqa, Yequba, esbata (Yequbun ovladlarindan olan peygemberlere), Isaya, eyyuba, Yunusa, Haruna ve Suleymana vehy gonderdik. Ve Davuda Zeburu eta etdik (demeli sen peygemberlik iddiasi etmek ve kitab verilmek baximindan ilk shexs deyilsen).
164. Hemchinin (bashlarina gelenleri) bundan once sene soylediyimiz ve soylemediyimiz peygemberleri (gonderdik). Ve Allah Musa ile mexsus bir terzde (perdesiz ve vasitesiz yetmish iki saat ayaq uste durdugu halda butun Tovrati onun qulagina oxumaqla) danishdi.
165. (Onlari) mujde veren ve qorxudan peygemberler (olaraq gonderdik) ki, bu peygemberler(in gelishin)den sonra insanlarin Allaha qarshi hech bir delil-subutu olmasin. Allah hemishe yenilmez qudret ve (butun ishlerinde) hikmet sahibidir.
166. (Kitab ehlinden olan kafirler sene vehy ve kitab nazil olmasina shehadet vermirler) lakin Allah sene nazil etdiyine shehadet verir ki, onu oz elmi ile nazil etmishdir (kelmelerin nezmle duzulushu, mezmunu ve besher cemiyyetine nazil olmasi - bunlarin hamisi Onun ezeli elmi iledir) ve (buna) melekler de shehadet verirler. Allahin shahid olmasi kifayetdir.
167. Heqiqeten kafir olub (bashqalarini) Allahin yolundan saxlamish kesler, shubhesiz, uzun-uzadi bir azginliga dushubler.
168. Heqiqeten Allah kafir olub (ozlerine ve bashqalarina) zulm etmish kesleri bagishlayan ve (dogru) bir yola hidayet eden deyildir.
169. Yalniz Cehennem yoluna (hidayet eder) ki, orada hemishelik olaraq ebedi qalarlar. Bu ish (saysiz-hesabsiz insana sonu bilinmeyen bir muddet erzinde mehdudiyyeti olmayan bir ezab vermek) Allah uchun asandir.
170. Ey insanlar, heqiqeten Bizim elchimiz size Rebbiniz terefinden haqq (din ve kitab)i getirmishdir. Buna gore de iman getirin ki, (bu) sizin xeyrinizedir. eger kafir olsaniz, onda (bilin ki, Allahin size ehtiyaci yoxdur, chunki) heqiqeten goyler ve yer Allahin heqiqi mulkudur ve Allah hemishe bilen ve hikmet sahibidir.
171. Ey kitab ehli (ey xachperestler), oz dininizde heddi ashmayin ve Allaha qarshi haqq ve heqiqetden bashqa bir shey demeyin (''Allah allahliqdan Isanin vucuduna chevrilmishdir'' ve ya ''Allah ruh kimi Isanin bedenine daxil olmushdur'' demeyin). Heqiqetde Meryem oglu Isa Mesih Allahin elchisi, Meryeme telqin etdiyi bir kelme (''ol!'' kelmesi ile onu Meryemin betninde yaradib) ve Onun terefinden olan (ve canlara heyat bexsh eden) bir ruhdur. Odur ki, Allaha ve Onun peygemberlerine iman getirin ve ''(Allah) uchlukdur (Allahin zatinin covheri uch movcuda - ata, ogul ve Ruhul-Qudusa bolunub)'' demeyin. (Bu sozden) chekinin ki, sizin xeyrinizedir. Heqiqeten Allah tek olan tanridir, ovladi olmaqdan pak (ve uzaq)dir. Goylerde ve yerde olanlar Onun heqiqi mulkudur. Allah (varliq aleminin ishlerini) duzeltmek uchun kifayetdir.
172. Mesih Allahin qulu olmaqdan esla imtina etmir ve (bundan Allahin dergahina) yaxin olan butun melekler de imtina etmirler. Kim Ona ibadet etmekden imtina etse ve tekebburluk gosterse, (Allah Qiyamet gunu) onlarin hamisini (layiq olduqlari kimi cezalandirmaq uchun) oz huzuruna toplayacaqdir.
173. Lakin iman getirib yaxshi ishler gormush keslerin mukafatlarini kamil shekilde verecek ve onlara oz lutf ve rehmetinden artiracaqdir. (Ibadet etmekden) imtina eden ve tekebbur gosteren kesleri ise agrili bir ezabla cezalandiracaqdir ve onlar (orada) ozlerine Allahdan bashqa bir bashchi ve yardimchi tapmayacaqlar.
174. Ey insanlar, heqiqeten Rebbinizden size (peygember, din ve onun mocuzeleri kimi) bir delil-subut gelmishdir. Ve sizin uchun ashkar ve aydinliq getiren bir nur (Qur`an) nazil etdik.
175. Allah tezlikle Ona iman getirmish ve siginmish kesleri oz terefinden olan bir rehmet ve merhemete daxil edecek ve ozune teref olan dogru yola hidayet edecekdir.
176. Senden hokm vermeyini isteyirler, de: ''Kelale (ata-analari bir olan, yaxud yalniz atadan bir olan bacilar) baresinde size Allah hokm verir: eger ovladi (atasi, anasi ve babasi) olmayan bir kishi olse ve onun yalniz bir bacisi olmush olsa, onun mirasinin yarisi (sherietin ilkin qaydasina esasen) ona mexsusdur (qalan hisseler ikinci qaydaya esasen irs olaraq ona dushur). Bu qardash da, eger bacinin ovladi yoxdursa onun (malinin hamisinin) varisi olur. Amma eger bacilar iki nefer olsalar, olenin mirasinin uchde ikisi onlara mexsusdur (ve qalan hisseler de sherietin ikinci qaydasina esasen irs kimi onlara dushur). eger onlar bir neche baci ve qardash olsalar (butun miras onlara mexsusdur, lakin) kishiye iki qadinin payi qeder dushur. Allah (meseleleri) size (bu cur) beyan edir ki, mebada azasiniz. Allah her sheyi bilendir.
onlarin ozleri de daxil olmaqla. onlar eslinde hemin
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, Xoruz 2017-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

[sitemap][mp3 sitemap][video sitemap]
©Tatli.Biz 2010-2019