Qadınların dodaq forması və xarakter analizi - Gündəm Xəbərlər

Qadınların dodaq forması və xarakter analizi - Gündəm Xəbərlər


Qadınların dodaq forması və xarakter analizi
Qadınların dodaq forması və xarakter analizi
Dolğun və böyük dodaqlar

Belə dodaqlı qadınlar nəyisə əldə etmək istəyirlərsə mütləq əldə edirlər, fərqi yoxdur bu kişidir , yoxsa əl çantası. Enerji doludurlar, təşəbbüsü ələ almağı bacarırlar, belə qadınlar rahatlıqla qarşı cinsə eşq elan edə, ilk görüşə çağıra bilirlər. Onlar təbiətin töhfəsinə möhtac qalmayıb, hər şeyi özləri əldə etməyə can atırlar. Darıxmaq sözünün anlamını demək olar ki, bilmirlər. “Ya indi, ya heç vaxt”- onların devizi budur.

Dolğun orta ölçlü dodaqlar

Belə qadınlar emosional olurlar, onlar soyuq və məntiqli düşünmür. Mərhəmətlidirlər, göz yaşları ovuclarının içindədir. Onları çoxları sevir. Bu romantik qadınlar ciddi problemlərdən qaçır, göz yummağa üstünlük verirlər. Kişilər tez- tez onlar barəsində yalnış fikirlərə düşürlər.Kənardan zəif kimi görünsələr də əslində çoxbilmiş və gclü qadınalrdırlar.

Üst dodaq alt dodaqdan böyükdürsə

Belə qadınlar yapışdıqları işi sona çatdıran , nə istədiklərini bilən insanlardır. Nəyəsə 200% əmin olduqdan sonra fəaliyyətə başlayır. Devizləri -” Ya hər şey, ya heç nə.

Alt dodaq üst dodaqdan böyükdür

Bu qadınlar hər zaman diqqət mərkəzindədirlər, kütlədən fərqlənirlər. Bu qadınlar fərqli görünmək üçün adi kartof kisəsini də geyinə bilərlər. Özlərinin fərdi xüsusiyyətlərini hiss etdirmək bu qadınlar üçün çox önəmlidir. Bu istər geyimdə, istərsə də hərəkətlərdə özünü biruzə verir. Onlar uzun zaman sərf etsələr belə, özlərinə uyğun kişi seçmək arzusundadırlar.Bu qadınlar ilk baxışdan onun cazibəsi altına düşən kişini özünə ömür- gün yoldaşı seçmək istəyirlər.

Nazik dodaqlar- realist

Bu qadınlar ayaqları üstə möhkəm dayanırlar. Ralistdirlər- hər şeyi öncədən planlaşdırırlar, bir ay öncədən yeni il hədiyyələrini alır, səfər çamadanlarını toplayırlar. İliklərinə qədər praktikdirlər, hətta aşiq olsalar belə “pənbə” eynək taxmırlar.

Dar, kiçik dodaqlar

Bu qadınların Araz aşığından Kür topuğundandır.Onların nikbinliyi 3-4 nəfərə yetər. O qədər enerji doludurlar ki, məzuniyyət günlərində Klimanaro dağına dırmana, ya da Afrikada filləri yemləyə bilərlər. Standart layihələr ona maraqlı deyil. O adrenalin və macəra həvəskarıdır. Özünə o qədər güvənir ki, başqalarının risk etmədiyi işləri öz üzərinə götürür.Çox güclü və iradəli qadınlardırlar Lala Kroft xarakterinə sahib bu qadınlara ancaq özlərindən güclü kişilər sahib ola bilərlər.


Dostlarınla Paylaş

Saytda 26 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023