Gecə yemək yeyənlər BU XƏSTƏLİKLƏRƏ tutula bilər - Gündəm Xəbərlər

Gecə yemək yeyənlər BU XƏSTƏLİKLƏRƏ tutula bilər - Gündəm Xəbərlər


Gecə yemək yeyənlər BU XƏSTƏLİKLƏRƏ tutula bilər
Gecə yemək yeyənlər BU XƏSTƏLİKLƏRƏ tutula bilər
Bir çox insanlar gecə saatlarında yemək yeməyi vərdiş edib.

Lakin bu olduqca ziyanlı vərdişdir. Tək ona görə deyil ki, kökəlməyə səbəb olur.

Tatli.Biz xəbər verir ki, Meksika Universitetinin alimləri aşkar ediblər ki, gecə vaxtı yemək yeyən insanlarda ürək xəstəliklərinin və şəkərli diabetin riski artır.

Gecə vaxtı mübadilə prosesləri təbii olaraq ləngiyir, orqanizm dincəlir, bərpa olunur. Bu zaman qida qəbulu bu proseslərin pozulmasına səbəb olur. Bu isə öz növbəsində bəzi xəstəliklərin riskini artırır.

Mütəxəssislərin fikrinə görə, son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.


Dostlarınla Paylaş

Saytda 26 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024