Atam iş başında (təsvir elementləri olan inşa) - İnşalar

Atam iş başında (təsvir elementləri olan inşa) - İnşalar


İstədiyinizi inşanı tapıb oxuya bilərsiniz

Atam iş başında (təsvir elementləri olan inşa)


        Mənim atam nəyisə düzəltməyi çox sevir. Mənim kitab masamı o, mənə düzəltmişdir, masa çox rahat və qəşəngdir, ev tapşırıqlarımı mən onun arxasında edirəm. Mən tez-tez atama ustalıq etməkdə köməklik edirəm və bəzən də qıraqdan durub onun necə işləməsini izləyirəm. O işləyərkən onun üzü müəyyən qədər başqa forma alır: ciddiləşir və məsuliyyətlilik hiss olunur. Iş vaxtı bir şeyə diqqətlə baxdığı zaman o, gözlərini azca qıyır və gözlərinin ətrafında xırda-xırda qırışlar əmələ gəlir. Atam işin nəticəsindən narazı qaldığı zaman, bərkdən ah çəkir, kiçik donqarlı burnunun ucunu bir balaca yuxarı çəkərək, saçlarını alın tərəfdən əli ilə aşağıdan yuxarıya doğru çəkir.
        İşin nəticəsindən razı olduqda isə onun gözləri bərq vurur və xoş təbəssüm onun çöhrəsini bürüyür, ağappaq dişləri görsənir. O yavaşca qulağının dibini qaşıyaraq bizə müraciət edərək deyir ki, biz sənətkarlıq dühasıyıq.
Dostlarınla Paylaş

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024