Arzularım və reallıqlar - İnşalar

Arzularım və reallıqlar - İnşalar


İstədiyinizi inşanı tapıb oxuya bilərsiniz

Arzularım və reallıqlar


        Dünyanı bürüyən müharibələr - bəşəriyyətin ən böyük bədbəxtçiliyidir. Kimlər törədir bunları? Minlərlə insanların qırılmasına və məhv edilməsinə kimlər əmr verir? Əlbəttə ki, bəzi çirkin işlərə qulluq edən siyasətçilər.
        Mənə çox ağrılı gəlir, nəyə görə müharibəni elan edənlər arxada kef çəkirlər, hələ həyatları qabaqda olan gənc oğlanlar və qızlar isə bomba altında məhv olurlar. Lakin mən ümid edirəm ki, nə vaxtsa insanlar, qan tökmədən münaqişələri sülh yolu ilə həll etməyi öyrənəcəklər. Mən fikirləşirəm ki, nə vaxtsa insanlar yavaş-yavaş dərk edib, deyəcəklər ki, bizə vuruşmaq və nəyi isə bölmək nəyə lazımdır. Biz ki, bir planetdə yaşayırıq, biz bir yerin övladlarıyıq. Axı, səadət və xoşbəxtçilik hansısa bir qisim insanlar üçün nəzərdə tutulmamışdır. Hər bir insanın, xalqın və millətin, yaşamaq və yaratmaq hüququ vardır. Hər bir insan bu haqda düşünməli və lazımi nəticə çıxarmalıdır. Hər bir insan dünyada sülhün bərqərar olması üçün zərrə qədər olsa da töhfəsini verməlidir. Mən ürəkdən ümid edirəm ki, dünyada sülhün bərqərar edilməsinə və insanların xoşbəxtliyi yolunda mən də öz töhfəmi verəcəyəm.
        Əlbəttə bunlar hamısı hələ ki, uşaq təxəyyülü adlandırıla bilən xəyaldır, lakin əgər hər kəsin bunlan xəyal etməsi özü, artıq yer üzərində əminamanlığın, yeni bir həyatın başlanğıcının bünövrəsi qoyulması deməkdir.
        Əlbəttə bunlarla mənim arzulanm, xəyallarım bitmir. Mənim bunlardan başqa müqəddəs bir arzum var. Mən öz vətənim Azərbaycan üçün, bütövlükdə xoşbəxtlik arzu edirəm. Bura mənim doğulub boya-başa çatdığım, çox sevdiyim vətənimdir. Mən çox arzu edirəm ki, Qarabağ münaqişəsi tez və sülh yolu ilə həll edilsin. Biz bu problemin bir sual olaraq açıq qaldığı dövrdə - müvəqqəti sülh dövründə yaşayırıq və hər şeyin yaxşı olacağına ümid edirik. Mən ümid edirəm ki, hər bir qaçqın öz evinə, torpağına qayıdacaq. O zaman ellər-obalar yenidən çiçəklənəcək və insanlarin ürəyi sevinc və fərəhlə dolacaqdır.
        Bəli xəyal və arzular gizlidir, ancaq heç də həmişə gerçəkləşmir. Mən gələcəyə baxıb deyə bilmərəm ki, orada nələr baş verəcək. Lakin digər adamların taleləri mənim gözümün qarşısındadır, yəni nələr arzulayırdılar və nələrə nail oldular. Buna görə də özüm-özümə vədə verirəm, söz verirəm ki, mənim bütün arzularım reallaşmasına görə Allaha dua edib, əlimdən gələni əsirgəməyəcəm.
Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023