Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma - Kişi Dünyası

Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma - Kişi Dünyası


Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma
Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma
Kişilərin beyni və qadınların beyni çox fərqlidirlər. Tatli.Biz Tarlan Mammadlinin bu haqqda yazdığı məqaləni öz oxucularına təqdim edir.

Kişilərin beyni kiçik qutulardan təşkil olunub və bizim beynimizdə hər şeyə aid bir qutu var. Maşınlar üçün olan qutu ayrıca, qadınlar üçün olan qutu ayrıca, iş və karyera üçün olan qutu ayrıca və analarımız üçün olan bünövrə qutu ayrıca. Kişilərin həmən həmən hər şey üçün bir qutusu vardır. Qutular hər yerdədirlər. Amma bu qutulara məxsus olan əsas xüsusiyyət budur ki qutular bir birinə toxunmurlar. Hansısa biz xüsusi bir mövzu haqqında danışırıqsa, həmin mövzuya aid olan qutunu götürürük, onu açırıq və sadəcə o qutunun içində nə varsa o haqda danışırıq. Sonda isə biz qutunu bağlayırıq və onu çox diqqətli bir şəkildə kənara qoyuruq ki, başqa qutulara toxumasın.

Qadınların beyninin necə işlədiyindən danışmamışdan əvvəl bir iki dua oxuyun. P.S Xristianlar xaç çəkə də bilərlər :D Qadınların beyni kişilərin beynindən çox fəqrlidir. Biz onların beynini çoxlu məftilin bir-birinə dolaşaraq əmələ gətirdiyi böyük bir məftil topasına bənzədə bilərik və əsas problem ondadır ki həmən həmən hər şeyin her şeylə əlaqəsi var. Amma məsələni daha təhlükəli hala gətirən odur ki, bu məftillər elektrik keçiriciliyinə malikdir və hansı mənbədən nə vaxt emosiya adlanan yüksək gərginlikli elektrik cərəyanının gələcəyi bəlli deyil. Nəysə hələlik cərəyan məsələsini qoyaq bir kənara. Deməli bu məftillər bir-birilə sıx əlaqəli olduğuna görə qadınlar hər şeyi xatırlamağa çalışırlar. Deyəlim ki nəsə bir hadisə baş verir bu sizə nəyisə xatırladır və o an həmin hadisə ilə bağlı məftildə gərginlik yaranır və bu gərginlik informasiyanı bütün məftillərə ötürür və bu hadisənin digər məftillərlə uzaqdan yaxından az-çox əlaqəsi varsa, qadınlar bunun hamısı haqqında düşünür və əlaqə qurur. Eyni hal kişilərdə adətən baş vermir, cünki səmimi desək baş verənləri çox da vecimizə almırıq :D Bu baxımdan qadınların beyni bizimkindən çox daha mürəkkəbdir. Amma ki, bizim beynimizdə elə bir şey var ki, qadınlarda ümumiyyətlə yoxdur. İçində heç nə olmayan boş bir qutu :D Biz bu xüsusi qutunu heç nə qutusu adlandıra bilərik. Beynimizdə olan bütün qutuların özünəməxsus yeri olsa da heç nə qutusu bizim sevimli qutumuzdur. Biz çıxış yolumuz qalmayanda həmişə həmin heç nə qutusunu açırıq. İllər əvvəl Pensilvaniya universitetində aparılan bir araşdırma göstərdi ki, kişilər tamamilə heç nə adlandırılan biləcək boşluq kimi bir şey haqqında düşünə bilərlər. Amma qadınlar bunu bacarmırlar. Onlar həmişə nəsə haqqında düşünməlidirlər, çünki həmin dolaşıq məftili çözmək demək olar ki mümkün deyil. Kişi heç nə qutusu ilə məşğul olanda qadınların bütün məftilləri bir-birinə dolaşır, çünki onlar heç nə qutusunu başa düşmürlər və bu onları dəli edir. Çünki heç nə qadınları qıcıqlandırır və əsəbləşdirir. Bəs heç nə qutusu açıq olan kişi bunun qarşılığında nə edir? Sadəcə olaraq heç nə :D

P.S Əgər bir qadından xoşunuz gəlirsə əvvəlcə onun diqqətini cəlb edin daha sonra heç nə qutunuzu açın və gözləyin. Əvvəlcə onun məftilləri bir-birinə dolaşacaq, sonra o həmin heç nə qutusunun içində nə olduğunu bilmək üçün qutunun ətrafında gəzinəcək, qutunun içinə girib-girməməyi sizin qutular arasındakı balansı necə saxladığınızdan asılıdır. Qutunun içinə girdikdən sonra qutunun ağzını örtüb onu heç nə ilə baş-başa buraxmağınız, ya da onu heç nədən bezdirib sevgi qutusuna yönləndirməyiniz də sizdən asılıdır. Qısacası qalıb vicdanınıza. Amma bəri başdan deyim ki, ehtiyatlı olmalısınız, çünki məftillərdə yüksək gərginlikli elektrik var.

P.S yazı yumoristik yazıdır, və qutularla və ya məftillərlə bağlı fikri psixoloji çıxışlardan götürmüşəm :)
Tatli.Biz saytı üçün

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024