Kişilər haqqında 5 çirkin həqiqət - Kişi Dünyası

Kişilər haqqında 5 çirkin həqiqət - Kişi Dünyası


Kişilər haqqında 5 çirkin həqiqət
Kişilər haqqında 5 çirkin həqiqət
Əziz xanımlar, kişilər haqqında bütün həqiqətləri bildiyinizə əminsiniz?

Türkiyəli psixoloqlar kişilər haqqında ən çirkin həqiqətləri hazırlayıblar. Bu məlumatlar sayəsində kişilərin necə olduğunu və hansı sözünün əslində, nə ifadə etdiyini asanlıqla biləcəksiniz. Həm də əks cinsin sizi incitməyinə icazə verməyəcəksiniz.

Çirkin həqiqət 1
Kişilər qadınları seks üçün istifadə edirlər!

Kişilərin heç bir duyğu bəsləmədyi qadınlarla yatdığını artıq hər kəs bilir. Ancaq cinsəl münasibətlər üçün istifadə edildiyinizi düşünürsünüzsə, təssüflər olsun ki, bu bir həqiqətdir. Çünki kişilər bəyəndikləri qadınlara bunu mütləq bildirirlər. Vurulanda heç nədən çəkinmədən və utanmadan bunu dilə gətirirlər.

Seks üçün istifadə edildiyinizi necə anlamalı?

Kişi sizin üçün ən kiçik öhdəliyi belə öz üzərinə götürmürsə, bunu asanlıqla anlaya bilərsiniz. Ondan gözlədiklərinizi dilə gətirdiyiniz zaman vəziyyəti qəbul etmir və müdafiyə keçirsə, böyük ehtimalla siz ona sadəcə yataqda lazımsınız. Ciddi niyyəti olmayan bir kişi sizin həyatınızla maraqlanmaz. Lakin sizinlə hər yerə gəlir, həftə sonlarını sizinlə birlikdə keçirir və təəccübləndirməyi bacarırsa, sizi seks üçün istifadə etməsi mümkün deyil.

Çirkin həqiqət 2
“Sevirsə, niyə aldadır?” deyə düşünə bilərsiniz. Lakin cavab çox sadədir, bir çox kişilər sekslə məşğul olmaq üçün başqa qadınlarla yatır. Bu, onların xoşuna gəlir. Kişilərin normal seks həyatı olsa belə, başqa qadınlara qarşı həmişə şəhvət hissi keçirirlər. Əlbəttə ki, bütün kişilər yox!

Aldadıldığınızı necə hiss edərsiniz?
Qadınların 6-cı hissi güclü inkişaf etdiyi üçün kişinin xəyanətini çox tez hiss edirlər. Lakin biz yenə də bununla bağlı bir neçə məsləhət vermək istəyirik.
Həyatında heç nə qaydasında deyilsə və nəzarətdən çıxıbsa…

Xəyanət edən kişi hər an narahat olur. Keçirdyi narahatlıq bir gün mütləq üzə çıxır.
Sizinlə daha təmkinli davranmağa başlayır.
Telefonla gizli-gizli danışmağa başlayır.

Telefonuna zəng gələndə sizdən uzaqda danışır və mövzunu dəyişdirir. Kimin zəng vurduğunu soruşduğunuz zaman söhbəti dəyişir.
Sizin yanınızda gələn zənglərə cavab vermirsə, böyük ehtimalla nəyisə gizlədir.
Sizinlə əvvəlki kimi sekslə məşğul olmursa, çox güman ki, sizi aldatdığı qadınla cinsəl əlaqədə olduğu üçün halı qalmır və sizi ikinci plana atır. Əvvəlki seks həyatınız solub.

Əgər artıq sizi öz evinə dəvət etmir və daha çox sizin onun evinə gətməyinizə üstünlük verirsə, deməli, nədənsə çəkinir. Bəlkə də öz evində ona xəyanət etdiyinizi başa düşəcəyinizdən qorxar.

Planları pozur. Əvvəlcədən danışdığınız halda sizin planlarınızı pozmağa başlayır. Görüşü başqa vaxta keçirmək əvəzinə ləğv edir. Görüş üçün dəqiq tarixlər vermir, çünki aldatdığı qadın hər an onunla görüşmək istəyə bilər.

Sizi gizli və heç kimin tanımadığı yerlərə aparır və dostları ilə tanış etmək istəmir?? Cavabı çox sadədir. Sevgilinizin gizli bir münasibəti varsa, sizinlə ictimai yerlərdə görünməkdən çəkinir. Dostları ilə tanış etməməsinin səbəbi isə dostlarının başqa münasibəti haqqında danışacaqlarından qorxması ilə bağlıdır.

Çirkin həqiqət 3
Bir kişi sizə “Hələ ki, bağlanmaya hazır deyiləm” deyirsə, bunun əsil mənası “Sənə bağlanmağa hazır deyiləm…”dir. Mütləq həyatınızda bir dəfə də olsa, ciddi münasibətə hazır olmadığını deyən kişi ilə qarşılaşmısınız. Bunun vaxtla, yaxud hazır olub-olmaması ilə heç bir əlaqəsi yoxdur. Bir kişi qadını görən kimi onunla evlənib-evlənməyəcəyini fikrində analiz edir. Bir neçə görüşdən sonra bu fikrə gəlibsə, bu fikrini heç vaxt dəyişməyəcək. Bir kişi bağlanmağa hazır olmadığını deyirsə, əslində sizinlə heç vaxt evlənməyəcəyini demək istəyir.

Çirkin həqiqət 4
Qadının görünüşü onun haqqında çox şey söyləyə bilər. Buna görə də qadının xarici görünüşü kişi üçün çox əhəmiyyətlidir. Kişilər qadınlarla tanış olanda ilk olaraq onun gözəlliyinə fikir verirlər. Əgər kişi qadını kifayət qədər gözəl hesab etmirsə, onunla bir saniyə belə olsun məşğul olmur.

Çirkin həqiqət 5
Kişilər evlənməyə məcbur olduqları üçün evlənirlər.

Kişilər ömürboyu bir qadına bağlana bilmirlər. Elə bu səbəbdən də evlilikdən söz düşəndə, hətta sevdiyi qadınla evlənmək istəyən kişi də narahat olmağa başlayır. Sizə aşiq ola bilər, sizinlə yaşlanmaq istəyə bilər, lakin imza atandan sonra bunların hamısına nifrət edər. Bir kişinin evlənmək istəməməsinin yeganə və əsas səbəbi başqa qadınlarla sekslə məşğul ola bilməməsidir. Kişilər ancaq qadınlar istədiyi üçün evlənməyə razı olurlar. Əslində, kişilərin çoxu evlənməyin tərafdarı deyil. Kişi evlənmək təklifi etməzsə, qadını itirəcəyini düşündüyü üçün buna məcbur qalır.


Dostlarınla Paylaş

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024