KİŞİLƏRLƏ QADINLARIN SEKS İSTƏKLƏRİ FƏRQLİDİR: Kişilər seks qadınlar sevişməy istəyir
Kişilər seksi, qadınlar sevişməyi sevir!
Səs ver:
Qadınların Venera, yoxsa Marsdan gəldiyi hələ də bəlli olmasa da kişilərin yataqda qadınlar qədər duyğusal olmadığı dünyalı olduqları qədər gerçək məlumatdır. Qadınlar.biz-in məlumatına görə Qadınlar romantikanı, kişilər erotikanı sevir. Bəs bu iki fərqli düşüncəylə yatağa girəndə nə olar? Ya daxili problemə, ya da tərəflərarası bir problemə gətirib çıxarır. Problemin qurbanı isə adətən yataqda xoşbəxtliyi əldə edə bilməyən qadınlar olur.
Biz qadınlar və "Axx bu kişilər!" Nə birlikdə ola bilirik, nə də onlardan ayrıla bilirik. Onlarla olanda bəzən xoşbəxt, bəzən bədbəxt oluruq, amma, nə olursa olsun, onlardan imtina etmirik. Vəziyyət belə olunca da yataqdakı münaqişələr qaçılmaz olur. Xüsusilə də kişilər çox vaxt qadınları başa düşmür. Biz qadınlar hər şeyi ən incə təfərrüatına qədər düşünüb romantik bir gecənin xəyalını qurarkən, kişilər sanki hər şeyi bərbad etmə səyi içində olurlar. Çünki biz qadınlar romantikanı sevərkən kişilər erotikaya üstünlük verir.
Psixoloq bu vəziyyəti Qadınlar.biz saytına müsahibəsində belə açıqlayır: Qadın və kişinin beynində ideal cinsi əlaqə məsələsində çox müxtəlif anlayışlar və yanaşmalar var. Kişi yalnız fiziki boşalmağı fikirləşərkən, qadın romantika ilə qane olur. Qadın üçün eşq, sevgi, paylaşmaq və maraq mükəmməl texnikadan əvvəl gəlir. Qadın üçün cinsi doyum ancaq romantikaya qovuşduqda məna və dəyər qazanır. Qadınlar cinsəlliyi duyğusal, uzun müddət ehtiyacı olan bir şey kimi görür. Bundan başqa, cinsi əlaqə bitdikdən sonra da sevginin, ehtirasının davam etməsini istəyir və eyni duyğuları tərəfdaşının də hiss etməsini gözləyir. Qısası qadınlar üçün cinsəlliyin dünəni, bugünü və gələcəyi olur. Qadınlar həyatlarının hər bir sahəsi kimi cinsi həyatlarına da tez-tez nəzərdən keçirilib yenilənməsi lazım olan bir şey kimi baxırlar. Kişi, cinsi həyata qadına nisbətən daha texniki nöqteyi-nəzərdən baxır. Kişilər ictimai fikirlərin əksinə seksə daha maraqlı olduqları halda, cinsi əlaqədə klassik metodlara qane olduqları halda, ancaq qadınlar əlaqəyə rəng qatmaq üçün böyük səy göstərən tərəf olur".