Sekslə Bağlı Yalan Məlumatlar - Kişi Dünyası

Sekslə Bağlı Yalan Məlumatlar - Kişi Dünyası


Sekslə Bağlı Yalan Məlumatlar
Sekslə Bağlı Yalan Məlumatlar
ABŞ-ın İndiana Universitetinin elmi mütəxəssisləri apardıqları araşdırmalar zamanı cinsəlliklə bağlı ortaya çıxan yalanları "Don't put That in There" adlı kitabında toplayıblar.

Tatli.Biz həmin yalanları təqdim edir.

1.Ayaqları böyük olan kişilərin cinsi orqanı da böyük olur. Keçmişdə ayaq və əl barmaqlarının, cinsi orqan ölçüsünün eyni hormon sayəsində təmin edildiyi düşünülürdü. Buna görə insanlar cinsi orqan ölçüsü ilə ayaq ölçüsünün əlaqəli olduğunu hesab edirdilər.

2.Kişilər cinsi aktivliyin zirvəsinə 18, qadınlar isə 28 yaşında çatır. Qadın və kişi hormonları üzərində aparılan təhlillər zamanı bunun yanlış olduğu təsbit olunub. Kişilərdə testesteron səviyyəsinin 18, qadınlarda esterogen səviyyəsinin isə 28 yaşında zirvəyə çatdığı təxmin edilir. Araşdırmalar subay kişilərin ən çox 30, evli kişilərin isə 40 yaşlarında sekslə məşğul olduğunu müəyyənləşdirib. Qadınların isə ən aktiv olduqları dövr 20 yaşlardır. Bir sözlə, qadın və kişilərin cinsi aktivliyi onların hormonlarından asılı olan bir haldır.

3.Sekslə çəki ata bilərsiniz. Bütün qadın jurnallarında "sekslə arıqlayın" yazısına mütləq rast gəlmisiniz. Ancaq 5 dəqiqə davam edən seks zamanı kişi və qadınlar 25 ilə 125 arasında kalori yandıra bilir.

4.Kişilər 7 saniyədən bir seks düşünür. Kişilərin hər nə qədər qadınlardan daha çox seks haqqında düşündüyü deyilsə də, hər 7 dəqiqədən bir seks haqqında düşünməsi tam bir əfsanədir.

5.İstridyə afrodizyakdır. Keçmişdən bəri istridyənin (molyusk növü) cinsi güc və istəyi artırdığı düşünülsə də, yarı faizini su təşkil edən bu maddənin belə bir təsirinə indiyə kimi rast gəlinməyib.

6.Ürək xəstələri seksdən qorxmalıdır. Seks zamanı infarktdan ölənlərin qorxulu hekayələrini eşitmişik. Ancaq araşdırmalar seks zamanı infarkt keçirmə nisbətinin mində bir olduğu müəyyənləşdirib. Ürək xəstəsi olan birinin seks sırasında infarkt keçirmə riski olduqca aşağıdır. İnsanlar seks zamanı çox efor ifraz etmir və ürəyini çox yormur.

7.Doğuş həbləri kökəldir. Keçmişdə istifadə edilən estrogen və progostin tərkibli doğuş həbləri həqiqətən kökəldirdi. Ancaq müasir doğuş həblərinin tərkibində hormon səviyyəsi az olur və çəki almaqla bağlı riski təsdiqlənməyib.

8.Yaşlandıqca xayalar sallanar. Yaşlandıqca kişilər daha az, daha keyfiyyətsiz və daha yavaş sperma ifraz edir. Ancaq xayalar sallanmır. Sadəcə yaşlandıqca xayalarda kiçilmə olduğundan kişilər sallandığını düşünür.

9.İdmandan əvvəl seks zərərlidir. İdmançılar idmandan əvvəl sekslə məşğul olmaqdan qaçarlar, çünki seksdən sonra diqqətlərinin yayınacağını və fəaliyyətlərinin zəifləyəcəyini düşünürlər. Araşdırmalar isə idmandan əvvəl yaşanan seksin aktivliyi daha çox artırdığını göstərir.


Dostlarınla Paylaş

Saytda 19 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024