Kişilər qadınlarda gözəllikdən daha çox bunları axtarır - Kişi Dünyası

Kişilər qadınlarda gözəllikdən daha çox bunları axtarır - Kişi Dünyası


Kişilər qadınlarda gözəllikdən daha çox bunları axtarır
Kişilər qadınlarda gözəllikdən daha çox bunları axtarır
Kişilər qadınlarla ciddi münasibətə girmək, onlarla ailə qurmaq üçün bəzən gözəllikdən daha çox başqa xüsusiyyətlərinə diqqət edirlər.

Tatli.Biz xarici mediaya istinadən kişilərin qadınlarda daha çox axtardıqları xasiyyəti təqdim edir:

Macərapərəst – Həyat dolu bir qadınla kim birlikdə olmaq istəməz ki? Həyatı dolu- dolu yaşayan, fərqli macəralar yaşamağı sevən qadınlar kişilər üçün vazkeçilməzdir.



Zarafat etmək – bir qadının zarafatla arası yoxdursa, nə özü zarafat etmir, nə də qarşı tərəfdən ediləni başa düşmürsə, onlarla yola getmək çətindir.



Qəm-kədərdən uzaq - Həyat sürət qatarına bənzəyir. Bəzi günlər xoş, bəziləri isə pis keçə bilir. Ancaq hər kiçik problemi böyük bir münaqişə halına salmaq lazım deyil. Bu münasibətləri soyuda bilər. Hər hadisəyə pozitiv yanaşan qadınlar kişi qazanmaq baxımından bir addım öndədirlər.



Qüsurları qəbul etmək – sağlam münasibət üçün qarşı tərəfin mükəmməl olmadığını başa düşmək lazımdır. Kişilər onları olduğu kimi qəbul edən və dəyişdirməyə çalışmayan qadınları daha çox sevirlər.



Yaradıcı olmaq - əgər bir qadının yaradıcı ruhu varsa, o, kişinin qəlbini fəth edə bilər. Sevdiyi insana əsər yazmaq, şəklini çəkmək və digər bacarıqlar kişiləri həmişə şad edir.



İsti münasibət – kişilər onlara daha kübar yanaşan qadınlara üstünlük verirlər. Təkcə özləri ilə deyil, ailə üzvləri ilə də mülayim münasibətdə olan qadınlar ciddi münasibətdə ola bilərlər.
Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024