Kişi ilə qadın arasında 7 mühim münasibət - Kişi Dünyası

Kişi ilə qadın arasında 7 mühim münasibət - Kişi Dünyası


Kişi ilə qadın arasında 7 mühim münasibət
Kişi ilə qadın arasında 7 mühim münasibət
Şamanlar deyirlər ki, hər bir insan ömür-gün yoldaşını və ya sevgilisini yeddi mərhələdən birinə əsasən seçir. Qadınla kişi arasındakı münasibətlərin yeddi mərhələsini təqdim edirik:

Ən primitiv səviyyə - sağ qalmaq
Bir-birinə olan sevgini, ehtirası və marağı çoxdan itirən cütlüklərin bir çoxunun münasibətləri bu mərhələyə enir. Onlar sadəcə olaraq uşaqlar üçün birlikdə yaşamağa davam edirlər.

İkinci səviyyə - ehtiras
Bu tərəf müqabili sadəcə cinsəl hisslər bəslədiyimiz istənilən biri ola bilər.

Üçüncü səviyyə - ümumi
Bu, onunla sadəcə sekslə məşğul olmaq üçün xoşumuza gələn adi insan deyil, sizin ümumi maraqlarınız, dəyərləriniz və ya maddi mənfəətləriniz var.

Dördüncü səviyyə - hisslər
Bu cütlüklərin münasibətləri - ürəyin səsi və hərarəti, necə deyələr sevgi üzərində qurulur. Bir çox adamlar hesab edirlər ki, bu münasibətlərin son həddidir, lakin belə deyil.

Beşinci səviyyə - ortaq fikir
Bu insanları sadəcə bir-birinə olan sevgisi bağlamır, onlar birgə fəaliyyət və yaradıcılıqla məşğul ola bilərlər.

Altıncı - inkişaf
Bu, yola çıxdığınız insanın seçimidir. Hər birimizin öz yolu, öz prinsipləri və həyati məqsədləri var. Prinsipləri və məqsədləri sizin düşüncələrinizlə eyni olan insanı seçmək həyat boyu öyrənməyi və özünü inkişaf prosesini xeyli asanlaşdırır.

Yeddinci - qəlb
Bu, qəlbən yaxın olan insanların birliyidir. Belə cütlüklər vahiddir.
Qədim atalar sözündə deyildiyi kimi: düşmənlər və dostlar yoxdur, ancaq müəllim var. Biz yolumuza çıxan bütün münasibətlərdən dərs çıxardıqda, ürək inanılmaz sevgi və həyat adlı oyunda bütün partniyorlara minnətdarlıq hissi ilə dolur.


Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024