Saçlar niyə aqarir

Saçlar niyə aqarir


İndi saçağarmaya yaş qoymaq mümkün deyil.Çünki 15 yaşından oğlan və qızların saçlarında ağarma başlayıb.Hətta aktrisa Beren Saatın 28 yaşı olmasına baxmayaraq, saçlarında çoxlu ağlar var.Aktrisa ağ saçlarını sevir,onlara toxunmur,rəngləmir,görünməsindən də utanmır.Bəlkə biz də onun kimi davranaq? Ağ saçlarımızı qəbul edək, onlardan utanmayaq..Biz onları gizlətdikcə, onlardan qaçdıqca daha da çoxalır. Saç necə ağarır? Saçın kökündə olan rəng hüceyrələri - melaninin istehsalı hansısa səbəbdən dayanır. Melanin olmadıqda tük gümüşü çalar alır.Əgər ağ tükə mikroskop altında baxsaq, şəffaf boruya bənzər bir şey görərik.Deməli,melaninin əmələ gəlməsini normallaşdıran və artıran üsullar tapılmalıdır. Güclü stres və yorğunluq orqanizmin ümumi işinə mənfi təsir etdiyi üçün arada fasilə vermək,tam rahatlanmaq,meditasiya etmək lazımdır.Bunun üçün evdən harasa getməyə ehtiyac yoxdur.Relaks pulsuz həzzlər siyahısındadır. Uzanın,bütün əzələlərinizi boşaldın, telefonda və ya diskdə relaks musiqi - rahatlandırıcı melodiya,meşə,dəniz,təbiət səslərini dinləyin. Səbəb axtarmayaq. Hansından deyək? *Genetik səbəblər-nəsildən gələn *Stres,əsəb,fikir *Qorxu,həyəcan,uğursuzluq *Qeyri-normal qidalanma *Düzgün olmayan cinsi həyat *Alkoqol,siqaret *Yuxunun pozulması *Qalxanabənzər vəzi və mədə-bağırsaq sisteminin pozulması *Günəşin altında çox qalmaq Ağ saçları qopardımmı? Əsla. El arasında deyirlər ki,ağ tükü qopartmaq onun daha da yayılmasına səbəb olur.Bu həqiqətən də belədir.Hələ ki, bunun elmi səbəbini araşdırmayıblar,amma gerçəkdən ağ tükləri qopartdığınız yerdən yenə də ağ tük çıxacaq. Sarmısaqlı maska 2 diş sarmısağı əzin, kütləni saçın yalnız diblərinə sürtün.Əgər saçınız qurudursa, bu kütləyə bir az ayıpəncəsi yağı
[1] 2 >>
Cəmi 803 nəfər oxuyub
Bəyənən (139) | Bəyənməyən (125)
Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023