Saç rəngini təbii vasitələr ilə dəyişdir

Saç rəngini təbii vasitələr ilə dəyişdir


Saçların rəngini rəngləməklə və rəngsizləşdirmək yolu ilə dəyişmək olar.Saçları yalnız gözəllik salonlarında rəngləmək tövsiyə olunur.Yadda saxlamaq lazımdır ki,nazik saçlar qalın saçlardan pis rənglənir, çünki nazik saçlar tez qırılır. * Ev şəraitində saçları yüngülcə rəngləmək,ya da daha parlaq çalar vermək istədikdə başı adi çobanyastığı, ya da mollabaşıdəmləməsi ilə yaxalamaq lazımdır. Bunun üçün2 ovuc quru çobanyastığının üstünə yarım stəkan su töküb qaynadır və 20 dəqiqə qapağını açmadan saxlayırlar. * Saçlara sarışın rəng vermək üçün onlara hər gün (istədiyin rəng alınana qədər) soğan qabığının dəmləməsini (1 ovuc soğan qabığını 1 qab suda 10-20 dəqiqə qaynadır,soyudub içinə 1 xörək qaşığı qliserin əlavə edirlər) sürtmək lazımdır. * Saçları xüsusi şampunla açıq rəngə salmaq olar. Bu məqsədlə ən çox hidrogen-peroksiddən istifadə olunur.Lakin yadda saxlamaq lazımdır ki,ağardıcı vasitələrdən saçlar get-gedə korlanır. * Açıq rəngli saçlara daha təbii rəng vermək üçün onları cəfəri kökünün suyundayaxalayırlar. Bunun üçün2 böyük cəfəri kökü 1 l suda 20 dəqiqə qaynadılır. Saçlar rəngləndikdən ,açıq rəngə salındıqdan,ya da altıaylıq burmadan sonra quru olmuşsa,onlara quru saçlar kimi qulluq eləmək lazımdır.Bunun üçün aşağıdakı tədbirlər tövsiyə edilir: * Saçlar yağlı sabunla yuyulduqdan,yaxalandıqdan və qurudulduqdan sonra başa qidalandırıcı maska qoyulur.2 yumurta sarısı götürülür,10 damcı qliserin,10 damcı limon şirəsi,3 xörək qaşığı isti qaynadılmış suda,ya da dərman dəmləməsində həll edilib yumurta sarısına qatılır və qarışdırılıb başa yaxılır.Sonra başı dəsmalla bağlayıb bir müddət saxlayırlar. 20 dəqiqədən sonra əvvəlcə ilıq su ilə,sonra isə aşağıdakı məhlulla
[1] 2 >>
Cəmi 893 nəfər oxuyub
Bəyənən (171) | Bəyənməyən (160)
Dostlarınla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024