Saçlarınız çox tökülür?

Saçlarınız çox tökülür?


Gözəl və canlı saçlara sahib olmaq hər bir xanımın arzusudur.Saç tökülməsinin qarşısını alıb, gözəl saçlara sahib olmaq üçün sizə aşağıdakı maskaları təqdim edirəm. Maska 1. 1 xörək qaşığı zeytun yağı 1 xörək qaşığı portağal yağı 1 xörək qaşığı badam yağı 1 xörək qaşığı bal Bunları yaxşıca qarışdırıb saçlarınızın ucuna və dibinə masaj edərək yeridin.1 ay davamlı etsəniz faydasını görərsiniz.Maskanı bütün saç növlərinə tətbiq etmək olar.Maskanı saçda yarım saat saxlamaq lazımdır. Maska 2. 1xörək qaşığı kök suyu 1 xörək qaşığı alma suyu 1 xörək qaşığı qara zirə yağı Bunları qarışdırıb saçlarınızın dibinə sürtün.1 saat saxladıqdan sonra ilıq su ilə yuyun. Maska 3. 1 çay qaşığı sirkə 1 çay qaşığı limon suyu 1 yumurtanın sarısı Bunları yaxşıca qarışdırıb saçlarınızın diblərinə sürtün.Yarım saat saxladıqdan sonra iliq su ilə yuyun. Maska 4. 1 xörək qaşığı qatıq 1 xörək qaşığı zeytun yağı 1 çay qaşığı yumurtanın ağı Alınan qarışığı saçların dibinə sürtün.Bu maskanı saçda yarım saat saxlamaq olar. Bu maskalardan istifadə etdiyiniz zaman faydalı olduğunu görəcəksiniz. Hər birinizə gözəl olmağı arzulayıram.
Cəmi 791 nəfər oxuyub
Bəyənən (174) | Bəyənməyən (133)
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023