Saçların ağarmasına qarşı maska

Saçların ağarmasına qarşı maska


Əziz xanımlar, naməlum səbəblərdən saçlarımız ağarırlar. Əgər saçlarınızın vaxtından tez ağarmasını istəmirsinizsə onda bu xəbəri diqqətlə oxuyun. Əziz xanımlar, gözəl görsənmək hər bir xanımın arzusudur. Bizi gözəl göstərən də məhz saçlarımızdır. Saçlar niyə vaxtından əvvəl ağarır? Saçların ağarmasına səbəb nələrdir? Bəs bütün bunların qarşısını necə almaq olar? Saçlar yaşlandıqda, həddindən artıq boyalardan istifadə etdikdə və hər hansısa genetik olan xəstəliklər nəticəsində ağarırlar. Saçların gec agarması üçün lazım olan maskalardan bir neçəsini sizə təqdim edirəm.. Maska 1. 5 xörək qaşığı qatıq (ilıq halda), 3 diş sarımsaq. Bunları yaxşıca qarışdırıb tam sarımsaq qatıq halına gətirirsiniz. Sonra 1 saat saxlayıb , 1 çay qaşığı pesok əlavə edin. Qarışığı hazırladıqdan sonra yuyulmuş saçlara tətbiq edin. Yarım saat saxladıqdan sonra ilıq su ilə yuyun. Saçlarınızı duruladıqdan sonra isə şampunla yaxalayın. Həftədə 2 dəfə edə bilərsiniz. Maska 2. 5 xörək qaşığı sirkə. 3 xörək qaşığı balqabaq şirəsi əlavə edirik. Bunları yaxşıca qarışdırdıqdan sonra tərkibinə 2 çay qaşığı limon şirəsi əlavə edin. Qarışıq hazır olandan sonra saçlara tətbiq olunur. Maska həftədə 2 dəfə saçlara tətbiq olunur. Maska 3. 3 xörək qaşığı hindistan qozu yağı və tərkibinə 2 xörək qaşığı zeytun yağı əlavə edin. Qarışdırdıqdan sonra 5 xörək qaşığı limon suyu da əlavə edib, maskanı saç diblərindən başlayaraq saçlarınızın ucuna qədər çəkin. Maska 4. 5 xörək qaşığı araq və bir çay qaşığı südlə qarışdırın. Bu maskanı ən azı 1 saat başda saxlamaq lazımdır. Həftədə 3 dəfə etmək kifayətdir. Əziz xanımlar hər birinizə gözəl görünməyi arzulayıram!
Cəmi 847 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 41 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024