Əziyyətsiz biqudilər

Əziyyətsiz biqudilər


Maşa, fen və saç qurutma cihazları saçınıza zərər verə bilər. Saçlarınızın qırılmasına və cansızlaşıb tökülməsinə səbəb ola bilər. Siz də saçlarınızın sağlam görünüşündən heç bir şey itirmədən möhtəşəm saçlara qovuşmaq istəyirsinizsə bu xəbər tam sizə görədir! Maşayla saçlarınıza saatlarla vaxt sərf etmədən möhtəşəm saçlar əldə etmənizi təmin edən biqudilər var. Artıq elektrikli saç maşalarıyla vaxt itirmənizə heç ehtiyac yoxdur!Qüsursuz saçlara, daha həcmli və parlaq saçlara sahib olacaqsınız. Hazırda satışda olan bəzi biqudilərin tərkibi belədir: 6 ədəd böyük ölçülü biqudi 6 ədəd kiçik ölçülü biqudi 2 hissədən ibarət olanbiqudi çubuğu İstifadə forması 1- Nəmli olan saçınızı az-az ayırın (çox çətin şəkil alan saç tiplərində az miqdarda köpük ya da jele də istifadə edə bilərsiniz) 2- Biqudi çubuğunu biqudinin içindən keçirin. 3- Biqudi çubuğunun uc qisiminə saçınızı ilişdirin. 4- Çubuğa ilişdirmiş olduğunuz saçınızı biqudinin içindən keçirərək çıxarın. 5- Bu əməliyyatı bütün saçınıza tətbiq edin. 6- 30 dəqiqəyə qədər gözləyin ( gözləmə müddətini qısaltmaq üçün saç qurutma maşını ilə üstdən quruda bilərsiniz). 7- Saçınızın quruduğundan əmin olduqdan sonra buruq biqudiləri əlinizlə düzləşdirib çəkərək saçınızdan çıxarın. 8- Gözəllik salonundan yeni çıxmış kimi qüsursuz saçlara sahib olun.
Cəmi 776 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023