Qış aylarında saça qulluq

Qış aylarında saça qulluq


Gözəlliyin göstəricisi olan saçlarınıza nə qədər əhəmiyyət verirsiniz? Saçlarınızın sağlamlıqla parlamasını istəyirsinizsə,saçınızı az yuyun. Çox yumaq saçı qurudar, qırılaraq köhnəlməsinə səbəb olar. 3 gündə bir yumaq yaşadığımız çirkli havada zəruridir. Yetkinlik çağındasınızsa ya da yağlı və kəpəkli bir saçınız varsa saçınızı 2 gündə bir yumanız lazımdır. Saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipit təbəqəni əritdiyi üçün saçınızı çox isti suyla yumayın. İlıq suyu seçin.Feni yüksək istilikdə işlətməyin. Yüksək istilik, fen çəkmək və həddindən artıq isti maşalarla saçı şəkilləndirmək zərərlidir. Saçınızı çox bərk bağlayan, ağır sancaq və rezinlər istifadə etməyin. Bu şəkildə istifadə etdiyiniz sancaq və rezinlər saçlarınızın qopmasına səbəb olar. Saçınızı sabunla yumayın. Sabun baş dərisni qurudaraq göbələk və bakteriya yaranmasına səbəb olar. Dəri tipinizə (normal, quru, yağlı) uyğun şampun seçin. Saçınızda sədəf, ekzema kimi xüsusi bir xəstəliyiniz varsa ya da tökülmə kimi bir problem yaşayırsınızsa dermatoloqunuzun təklif edəcəyi kükürd və qatran tərkibli göbələk və bakteriyalara qarşı qoruyucu xüsusiyyəti olan dərmanlı şampunları istifadə edin. Saçınız çox qurudursa 10 gündə bir maska tətbiq edin. İkisi birində olan şampunları istifadə etməyin. İkisi bir yerdə şampunların istifadəsində saç kremi saçda qalması lazım olduğundan daha az müddət qaldığı üçün nəmləndirmə təsiri kifayət qədər olmaz. Saç tökülməniz çoxdursa, saçınızı bəsləmək üçün dermatoloji mütəxəssisinizin təklif etdiyi tərkibində biotin, sink, selenyum, metionin, E, B, D vitaminlərini olan dərmanları istifadə edin. Quru saçlar üçün nəmləndirici saç maskası Yarım su stəkanı zeytun yağı 10 damcı limon Yarım su
[1] 2 >>
Cəmi 770 nəfər oxuyub
Bəyənən (151) | Bəyənməyən (126)
Dostlarınla Paylaş

Saytda 190 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024