Bu sen deyilsen

Bu sen deyilsen


Qayıdıb gəlibsən gözləri
yaşlı,deyirsən,bir daha küsən
deyilsən.
Hanı o vuqarın,o saymazlığın;
Yox bu sən deyilsən,bu sen
deyilsən..
Deyirsən vaxt kecir,zaman
gözləmir,
Dilin dediyini ürəyin demir.
Bu yalvaran gözəl sənə
bənzəmir,
Yox,bu sən deyilsən,bu sən
deyilsən.
Deyirsən küsənlər barişar
yenə,
Nə tez boyun əydin beş
günlük qəmə?
Özündə razılıq yaraşır sənə,
Yox,bu sən deyilsən,bu sən
deyilsən.
Dərdlisən,dərdi ni get danış
suya,
Əl açma,alçalma mən verən
paya,
Elə bil dilənçi gəlib qapıya,
Yox,bu sən deyilsən,bu sən
deyilsən
Cəmi 3347 nəfər oxuyub
Bəyənən (763) | Bəyənməyən (521)
Dostlarınla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024