Saç üçün maskalar

Saç üçün maskalar


Qışda orqanizmimizin davamlı stress keçirməsi saçımızın vəziyyətində özünü göstərir.Belə ki, qış fəslində saç üçün əsas təhlükə kəskin temperatur dəyişikliyidir. Şaxtalı havada baş dərisində qan dövranı ləngiyir, buna görə də saç yaxşı qidalanmır.Qızdırılan məkanlarda isə hava çox quru olduğundan tükün içliyi tez qururyur.Saçı daha çox zədələnmədən qorumaq üçün saçın tipinə uyğun gələn yumşaq şampundan istifadə etmək lazımdır. Saçımızın sağlamlığı bizim qidalanmağımızdan asılıdır. Buna gorə ən yaxşısı turş süd maskasıdır. Turşumuş südü və qatığı atmayın. Başınızı yumazdan yarım saat əvvəl saçınızın dibnə sürtün. Quru saç üçün maska 1 x.q gənəgərçək yağı 1 x.q. zeytun yağı 1 ç.q. quru saç üçün şampun Qarışımı saçınızın dibinə çəkib isti dəsmalla bağlayın. 2 saatdan sonra şampunla yuyun. Yağlı saçlar üçün maska Yumurta sarısı 1 ç.q. bitki yağı 3-4 damcı gənəgərçək yağı Saçınıza çəkib 20 dəqiqədən sonra yuyun. Yorğun saç üçün maska 1 x.q. çobanyastığını 0.5 st suda dəmləyin. Məhlulu tənzifdən süzün. Çiçəklərə 1 x.q. jojoba (innab) yağı, 0.5 ç.q bitki yağı əlavə edin. Yaxşıca qarışdırın, saçın bütün uzunluğu boyu yaxın. 7-10 dəqiqədən sonra şampunla yuyun. Nəmləndirici maska Yağlı, şirin olmayan yoğurt 2-3 x.q avakado yağı Bu maskanı 3 saat saxladıqdan sonra yuya bilərsiniz.
Cəmi 848 nəfər oxuyub
Bəyənən (152) | Bəyənməyən (149)
Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023