Saçınız üçün maska

Saçınız üçün maska


Əziz qadınlar, saç tökülməsi hər birimizin problemi olub. Fəsillər dəyişdikçə saç tökülmələri də artır. "Bəs bunun qarşısını necə ala bilərik" deyirsinizsə, buyurun oxuyun. Turpun faydalarını bilməyən yoxdur. Onun həm də saçlarımıza böyük köməyi var. Əgər saçlarınız qısadırsa və uzatmaq istəyirsinizsə, onda bunları etməkdə fayda var. 1 stəkan suda 1 ədəd ağ turpu qaynadırıq. 10-15 dəqiqə qaynadıqdan sonra suyunu süzüb kənarda soyuduruq. Turp suyunun üzərinə 1 ədəd yumurtanın ağını əlavə edirik. Yaxşıca qarışdırırıq. Alınmış məhlulun üzərinə 2 xörək qaşığı zeytun yağı əlavə edirik. Maskamız artıq hazırdır. Saçlarımzı yumazdan qabaq bu maskanı saçlarımızın hər tərəfinə sürtürük. 1 saat saxladıqdan sonra yuya bilərsiniz. 1 stəkan çiy süd, 1 çay qaşığı qara zirə yağı və 1 limonun yarısının şirəsi əlavə edilib yaxşıca qarışdırılır. Qarışığın üzərinə yarım çay qaşığı xına əlavə edirik. Maskamız hazırdır. Xatırladıram ki, maska hər növ saç üçündür. Maskanı saçınızda 1 saat saxladıqdan sonra yumaq olar.
Cəmi 799 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023