Faydalı saç maskaları

Faydalı saç maskaları


Gözəl və dolğun saçlar qadınları daha gözəl və cazibədar edir. Buna görə də saçlara qulluq etmək, onların qeydinə qalmaq lazımdır. Bəs, hansı vasitələrə müraciət etmək olar? Daha doğrusu, saçlarımızı hansı vasitələrə etibar edə bilərik? Yağlı saçlar üçün lasyon: 4 çay qaşığı cökə ağacının çiçəklərinin üzərinə 2 stəkan qaynar su tökülür. Bu qarışığı 2-3 dəqiqə odun üzərində saxlayıb, sonrasoyudulur və süzgəcdən keçiriir. Bu qarışığa 1ədəd limon şirəsi və 1/4 stəkan əməçiçəyi tinkturasını əlavə edirlər. Emələ gələn lasyonu saçın uzunluğu boyunca sürtmək lazımdır. Yumurta maskası: (bütün saçlar üçün) Bu tərkibi əldə etmək üçün 4çay qaşığı keyfiyyətli konyakı 1 ədəd yumurtaya əlavə edin və yaxşı çalın.Sonra bu qarışığı diqqətlə saçınıza çəkin və 15dəqiqə saxladıqdan sonra yuyun. Saçların möhkəmləndirilməsi üçün maska: Gicitkan həlimi ile saçınızı yusanız,saçın dibini möhkəmləndirər və onun tökülməsinin qarşısını alar.Proseduranı hər 5-7 gündən bir uzun müddət təkrarlamaq lazımdır. Tərkibi:5 xörək qaşığı quru gicitkan otu,1 stəkan su və 2 stəkan alma sirkəsi. Bunları yarım saat qaynadırsınız, sonra isə süzüb saçlarınızı yaxalayırsınız.
Cəmi 775 nəfər oxuyub
Bəyənən (151) | Bəyənməyən (154)
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023