Saç maşası

Saç maşası


Əziz xanımlar, yəqin ki,mənim tonal krem axtarışım və bu haqda hazırladığım xəbər yadınızdadır. Sizin köməyinizlə əsl istədiyimi tapmışdım.İndi isə başqa bir şey axtarıram - saç burmaq üçün maşa.İndi hamınız deyəcəksiniz ki, saç maşası hər yerdə satılır. Bəli,satılır, amma iş orasındadır ki,istədiyim saç maşası bizdə satışda olanlardan deyil.Axtarışlarım dövründə ya çox qalın,ya da orta qalınlıqlı saç maşalarına rast gəlmişəm.Amma mənim istədiyim micro-mini diametrli,təxminən 10 mm-lik saç maşasıdı. Gördüyünüz kimi, çox incə başlıqlıdır. Bununla etmək istədiyim saç düzümü isə tam olaraq bu şəkillərdəki kimidir. İndi sizdən xahişim budur ki, zəhmət olmasa,mənə bu saç maşasından tapmağa yardımçı olasız.Hardan tapa bilərəm,necə tapa bilərəm,ümumiyyətlə,tapa bilərəmmi?Başladıq!
Cəmi 805 nəfər oxuyub
Bəyənən (138) | Bəyənməyən (144)
Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023