Sağlam saçlar üçün bəzi məsləhətlər

Sağlam saçlar üçün bəzi məsləhətlər


Uzun saçlar qadın üçün önəmli bir aksesuar kimidir. Hər qadının saçı eyni sürətlə uzanmır. Amma buna baxmayaraq, müntəzəm qulluqla saçlarınızın sağlam olmasına şərait yarada bilərsiniz. Bitkilərin saç baxımında çox önəmli yeri var. Saçlarınıza qulluqla bağlı dəyərli məsləhətləri sizə təqdim edirəm. 80 q kəklikotunu 1 litr suda 3-4 dəqiqə qaynatdıqdan sonra süzün. Saçların diblərini masaj edərək yuyun. Qəhvəyi rəngli saçlar kəklikotu çayı ilə yuyularsa, rəngini qoruyar və parlaqlıq qazanar. Bununla yanaşı, hər gün ispanaq və keşniş suyunu eyni miqdarda qarışdırıb içsəniz, saçlarınız tez uzanar. Saç dərisinə badam yağı ilə edəcəyiniz masaj həm saçlarınızın tökülməsinin qarşısını alacaq, həm də daha tez uzanmasına yardımçı olacaq. 1 ədəd turpu bölüb suda yarım saata qədər bişirib süzün. Əldə etdiyiniz turp suyuna yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qatı halına gələndən sonra saçlarınızı yaxalayaraq yuyun. Saç dəriniz quruyur və qaşınrsa,başınızı alma sirkəsi ilə yuyun. Alma sirkəsi qaşıntınızın kəsilməsinə kömək edəcək. Kəpəkdən qorunmaq üçün baldan istifadə edin. Isti suda bir qaşıq balı əridin. Barmağınızla saçlarınızın dibinə masaj edin və bu qarışığı yaxşıca yeridin. Daha sonra saçınızı yuyub qurudun. Fərqi hiss edəcəksiniz. Daha bir məsləhətim, saçınız kəpəklidirsə, 2 xörək qaşığı limon suyu və ya sirkəsini 4 stəkan suya əlavə edin. Saçınızı yuyandan sonra bununla yaxalayın. Parlaq saçlar üçün 1 yumurta sarısı ilə 2 xörək qaşığı zeytun yağını qarışdırın. Saçlarınızın diblərinə sürtərək masaj edin, 10 dəqiqə gözləyin, şampunlayıb qurudun. Saçlarınız sağlam və parlaq olacaq.
Cəmi 824 nəfər oxuyub
Bəyənən (155) | Bəyənməyən (149)
Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023