Qırıq saç ucları üçün maska

Qırıq saç ucları üçün maska


Hələ sınamayıbsınızsa, sizi ən çox istifadə edilən saç baxım maskaları ilə tanış edim. Həm çox təbii, həm də evdə asanlıqla tətbiq edə biləcəyiniz bu maskalarla qırıq saç uclarına görə saçlarınızı kəsdirmək məcburiyyətində qalmayacaqsınız. Ən çox istifadə edilən zeytun yağı maskasıyla başlayaq. Yatmazdan əvvəl saçlarınızın uclarına, xüsusilə qırıq qisimlərinin üstünə zeytun yağı çəkin. Ertəsi səhər saçlarınızı hər hansı vitaminli şampunla yuyun. Zeytun yağlı saç baxımını həftədə iki və ya üç dəfə təkrarlayın. Saçlarını hind yağının möcüzəvi təsirinə buraxmaq istəyənlər üçün: qarışıq yağ baxımı Hind yağını, xardal yağını və zeytun yağını qarışdırın. Qarışığı bir qədər saxlayın. Daha sonra həmin qarışığı başınızın dərisinə sürtün və eyni zamanda masaj edin. Yarım saat saxlayın. Başınızı dəsmalla bağlayın və yağı iki saat saçda saxlayın. Sonda hər hansı bir şampunla yuyun. Bu maska saçınızı ipək kimi yumşaq edəcək.
Cəmi 805 nəfər oxuyub
Bəyənən (157) | Bəyənməyən (139)
Dostlarınla Paylaş

Saytda 195 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024