İsti qayçı

İsti qayçı


İsti saç kəsimi və ya isti qayçı ilə saç kəsimi hələ 2003-cü ildə gözəllik salonlarında tətbiq olunmağa başlayıb. Alman kompaniyası Jaquar ilk dəfə bu yeniliyi təqdim edib. Bu qayçıya bənzər elektron aparatı elektrik cərəyanına birləşdirilir.Bu qayçının funksiyası təkcə saçları kəsmək deyil. İsti qayçı saçınıza qulluq edir,onların strukturunu sağlam saxlayır və saçqıranların əmələ gəlməsinə imkan vermir. Bu proseduru 4-5 dəfə istifadə etdikdən sonra effekti hiss edəcəksiniz.Saçların qalınlığı sizi valeh edəcək. İsti saç kəsimi bütün saç tipində istifadə oluna bilər - uzun və ya qısa,rəngli və ya zədələnmiş. Hər saç strukturuna uyğun temperatur rejimi seçilir. Gözəllik salonuna gedəndə ustanızla məsləhətləşib bu yenilikdən mütləq istifadə edin.Fərqi hiss edəcəksiniz. Saçlarınız daha gümrah və parıltılı olacaq. 1 ədəd yumurta 2-3 qaşıq zeytun yağı 2 x.q.xama və ya qatıq 1.ç.q. bal. Bunları qarışdırıb saçlarınıza maska edin. Mənim ən çox istifadə etdiyim saç maskası məhz budur. Hər birinizə də məsləhət görürəm
Cəmi 792 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023