Doğru saç yumağın incəlikləri

Doğru saç yumağın incəlikləri


Gözəl saçlar üçün kiçik sirlər: 1. Saçlarınızı şampunlamazdan əvvəl yaxşıca isladın. Bunun nə qədər əhəmiyyətli olduğunun sonra fərqinə varacaqsınız. 2. İstifadə edəcəyiniz şampunun miqdarı saç uzunluğuna görə olmalıdır. 3. Başınızın təpə hissəsinə və üstünə masaj etməklə şampunu yedirin. Saç dərisini bu şəkildə yusanız, saçlarınız həqiqətən təmizlənmiş olacaq. Saçlarınızı köpükləndirməniz və tez-tez yumanız saçlarınızın təmizlənməsi demək deyil. Əsl təmizlik saç dərisinin tərtəmiz yuyulmasıdır. 4. Saçlarınızı yaxşıca durulayın. 5. Saç kremini çəkin. Saçlarınızın uclarına kremi elə sürtün ki, diblərinə dəyməsin. Maskaları, əlbəttə, saç diblərinə çəkə bilərsiniz. Amma kremi yalnız saç uclarına sürtün. Ən çox 5 dəqiqədən sonra saç kremini durulayın. 6. Saçınızı təkrar yaxşıca durulayın. Saç kremi qalığı qalmasın, yoxsa kəpək kimi problemlərlə qarşılaşa bilərsiniz. 7. Saçınızı mümkün olduğu qədər uclarından sıxın ki, saçınızdakı artıq su çıxsın. Sonra başınızı dəsmalla bağlayın. 8. Saçınızı qurudun. Əgər mümkündürsə, təbii halda saxlayın, o şəkildə qurusun. Unutmayın, doğru saç yumaq saç gözəlliyinin təməlidir! Hər birinizin saçı gözəl və parlaq olsun.
Cəmi 803 nəfər oxuyub
Bəyənən (175) | Bəyənməyən (154)
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024