Saç uzadan kök maskası

Saç uzadan kök maskası


Həyatımızın bəzi dövrlərində saçımızı qısaldıb bir qədər keçdikdən sonra bundan heyfslənərək saçlarımızın tez uzanmasını istəyirik. Tez-tez dəyişikliyə həvəsli olan qadınların ən böyük problemi saçlarının tez bir zamanda uzada bilmək istəyidir, desək, yanılmarıq. Saçınızı təbii üsullarla uzatmaq üçün kök maskasını təklif edirik. Artıq saçlarınız daha sürətli uzanması öz əlinizdədir. Kök möcüzəsi bu dəfə də saçların uzanmasında bizə köməkçi olmaq üçün qarşımızdadır… Kök maskası üçün bizə lazım olacaq: 2 ədəd orta boy kök 1 ədəd yumurta * 3 stəkan su Köklər sürtkəcdən keçirilir. 3 stəkan su qaynadılır, sonra rəndələnilmiş köklər qaynayan suya qoyulur və 25-30 dəqiqə qaynadılır. Sonra su süzülərək, yumurta ilə çırpılır. Maskamız hazırdır. Həftədə bir dəfə 20-30 dəqiqə müddətində saçlarınızda saxlayaraq tətbiq edə bilərsiniz.
Cəmi 811 nəfər oxuyub
Bəyənən (172) | Bəyənməyən (147)
Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023