Uzun saçlar üçün maskalar

Uzun saçlar üçün maskalar


Xanımlar, yəqin hamınız bilirsiz ki, qədim dövrlərdən bu yana uzun saçlar gözəllik nümunəsi olub.Buna görə də qadınlar xalq təbabəti üsullarından istifadə ediblər.Müasir dövrdə saçların uzadılması üçün müxtəlif vasitələr olsa da, bu gün sizə ev şəraitində asan əldə edilən maskalar təqdim edəcəm.Yəqin lazımlı olar Maska 1. 1.1 x.q mayonez 1 x.q zeytun yağı 1 ç.q xardal tozu 1 ç.q kərə yağı Bunların hamısını yaxşıca qarışdırb saçların kökünə çəkmək və polietilen papaqla, daha sonra isti dəsmalla bağlayıb 30-40 dəqiqə saxlamaq lazımdır. Maska 2. 1 yumurtanın sarısı 1 ç.q xardal tozu 2 x.q kefir Bunların hamısını yaxşıca qarışdırb saçların kökünə çəkmək və polietilen papaqla, daha sonra isti dəsmalla bağlayıb 30 dəqiqə saxlamaq lazımdır. Xardal tozu kiminsə saçına düşməyə də bilər. Bu ,induvidual xarakter daşıyır. Maska 3. Bu maskanı həftədə 2 dəfə edirəm: 1 ç.q gənəgərçək yağı 1 ç.q ayıpəncəsi yağı 1 ç.q A vitamini (yağ şəklində) 1 ç.q E vitamini (yağ şəklində) 1 ç.q dimeksit (apteklərdə satılır) - bundan lap az da istifadə edə bilərsiz, çünki yandırıcı effektə malikdir. Hamısını qarışdırıb azca iistiləşdirərək saça çəkmək lazımdır. Əvvəki maskalar kimi əvvəlcə polietilen papaqla, daha sonra isti dəsmalla bağlayaraq təxminən 1 saat saxlamaq lazımdır. Amma görsəniz ki,maskanın yandırıcı təsirinə dözə bilmirsiz, onda az saxlayın. Tədricən vaxtı uzada bilərsiz. Ümumiyyətlə, saçın uzanması üçün maskaların tərkibində bu inqridientlər olur, amma allergiyanız varsa, onda istifadə etməyə də bilərsiz. Amma deyim ki, bu zaman istədiyiniz nəticəni əldə edə bilməyəcəksiz.
Cəmi 808 nəfər oxuyub
Bəyənən (164) | Bəyənməyən (146)
Dostlarınla Paylaş

Saytda 172 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024