Qışda baxımlı saçlar

Qışda baxımlı saçlar


Soyuq qış aylarında saçlarınızı gözləyən şərtlərin mükəmməl olduğu deyilə bilməz. Nəm və ağır havadan yalnız dəriniz deyil, saçlarınız da təsirlənər. Soyuğun nə dərəcə böyük bir düşmən olduğunu anlamaq üçün aynaya baxmanız yetər. Hələ bir də saçlarınız sağlam deyilsə, o zaman probleminiz böyükdür demək ki. Payızda başlayan saç problemləri, qışın gəlməsi ilə birlikdə gedərək artar. Məsələn, qışda yağlı saçlardakı yağ nisbəti yüksələr, quru saçlar isə daha da quruyar. Mövsüm dəyişikliyinin saç tökülməsini sürətləndirdiyi yenə nəzərdən qaçmamalıdır. Qış aylarında saçlarınızı yuduqdan sonra yaxşıca qurutmadan çölə çıxa bilməzsiniz və təbii olaraq sıx fen istiliyi də saçlarınıza zərər verə bilər. Yaxşı, saçlarınızı bütün bu mənfi faktorlardan qorumaq üçün nələr edə bilərsiniz? Saçlarınızı daim az şampun istifadə edərək yuyun, çox şampun istifadə edildiyində saçlarınız daha təmiz və ya baxımlı olmur. Buna qarşı çox miqdarda istifadə edilən şampun yaxşı durulanmadığı təqdirdə kəpək problemiylə qarşı-qarşıya qalırsınız: Ovucunuza götürdüyünüz şampunu bir miqdar ilıq suyla sulandırıb, saçlarınıza çəkin. Saçınızı yuduqdan sonra mütləq saça qulluq kremindən istifadə edin.. Kremi hələ nəmli saçlarınıza yaydıqdan sonra, yumşaq bir dəsmal köməyiylə saçınıza tətbiq edin. Təsirini göstərməsi üçün ən az 2 dəqiqə qədər gözləyin.
Cəmi 745 nəfər oxuyub
Bəyənən (142) | Bəyənməyən (125)
Dostlarınla Paylaş

Saytda 179 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023