Hər yaşa uyğun geyim təklifləri

Hər yaşa uyğun geyim təklifləri


Bəzən yaşımıza görə necə geyinməli olduğumuzu da düşünürük. Hər yaşın özünə görə ayrı-ayrı gözəllikləri var.Yaşınıza görə öz stilinizi tapa və tətbiq edə bilərsiniz. Hal-hazırda moda sərhədləri aşdığı üçün kimin necə geyinməli olduğu tam təyin edilmir. Trendlərin cazibəsinə qapılıb yaş anlayışı unudulunca insanlar yaşına uyğun geyinməyə bilər. Ayna qarşısına keçib "Anam kimi geyindim, yoxsa qızımın paltarını geymiş oldum" - deyə soruşmaq lazımdır. Hansı yaşda olursaq-olaq, stilimiz daxili dünyamızı əks etdirir. Buna görədə əvvəl yaşımıza və tərzimizə görə geyinməyi öyrənməliyik. Əslində əhəmiyyətli olan nə geydiyiniz deyil, necə görünmək istədiyinizdir. Stilinizə görə geyinib yaşınıza görə hərəkət edirsinizsə, artıq gerçək yaşınızı söyləyib insanları çaşdıra bilərsiniz... Sərhədsiz zaman - 20 yaş Rəngli və göz oxşayan paltarları gecə-gündüz rahatlıqla geyə bilərsiniz, çünki yaşınız buna uyğundur. Bir az dekolteylə çox qəşəng və cazibədar görünə bilərsiniz. Ancaq şişirtməyin, çünki bu yaşlarda hər kəsin etdiyi səhvlərdən biri ölçüsüz dekoltedən istifadə etməkdir. Yəni paltarınızın üst hissəsi açıqdırsa, ətəyinizin uzunluğu ölçülü olmalıdır. Cinslər imtina edilməz geyim halına gəldiyi üçün onları maraqlı və iddialı üst geyimlə tamamlaya bilərsiniz. İstər qırçınlı, istərsə də tək çiyinli, yaxud biserli kofta geyin, yetər ki, fantaziyanızdan istifadə edin. Qabarıq, uçuşan modellər tam sizə görədir. Əgər bədəninizə güvənirsinizsə, qısa ətəklərlə çox qəşəng və cazibədar görünüş əldə edə bilərsiniz. Unutmayın, ətəyinizin qəşəngliyini sadə üst geyimlə göstərə bilərsiniz. Pencəklərinizi və paltolarınızı yenidən kəşf edin.Gödəkçələrinizi paltarlarınızla, çiçəkli, rəngli
[1] 2 3 >>
Cəmi 846 nəfər oxuyub
Bəyənən (130) | Bəyənməyən (119)
Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024