Hündür boylu xanımlara nə yaraşır

Hündür boylu xanımlara nə yaraşır


Hündür boylu xanımlar bəzi incə nöqtələrə diqqət yetirərək geydiyiniz hər şeyi özünüzə yaraşdıra bilərsiniz. Cins şalvarlar Gözünüzə qısa görünən cins şalvarlarınızı modaya da uyğunlaşdığı üçün rahatlıqla geyə bilərsiniz. Qısa şalvarlar uzun ayaqlara çox yaraşar.Əgər ayaqlarınız çox incədirsə, geniş cins şalvar geyməyin. Enli cinslər sizi daha da incə göstərər. Arxa hissənizi daha böyük göstərmək istəyirsinizsə, kiçik arxa cibli, daha kiçik göstərmək üçün isə daha böyük cibli modelləri seçin. Daha geniş ayaq və ombalar üçün enli ayaqlar və bədəninizin üst hissəsində əyinə oturan, alta doğru genişlənən cins şalvar modelləri sizin üçün daha uyğundur. Ətəklər Qısa ətəklər uzun ayaqlarda diqqət çəkər, amma düzgün seçim etmək çox əhəmiyyətlidir. Üstünüzə enli bir kofta (qısa və ya uzun qollu) geyinərək, qısa ətəklə nəzərə çarpan ayaqlarınızı daha az qabarıq göstərə bilərsiniz. Uzun ətək geyəcəksinizsə, uzunluğuna diqqət yetirin. Uzun ətəklərin boyu ən çox ayaqqabıların üzərində olmalı, əsla yerə dəyməməlidir. Əgər hündür və eyni zamanda çox incəsinizsə, dar, qələm tipli bir ətək seçin. Dizə doğru açılan seqmentli ətəklər bədəni daha düz göstərər ya da tam əksinə, ombanı daha formalı göstərər. Pencək və koftalar Çox qısa koftalar hündür boylu xanımlar üçün əlçatmazdır. Ombanızın xəttində olan modellərə üstünlük verin, heç olmasa beliniz bağlı olmalıdır. Əgər bədəninizin üst hissəsiayaqlarınızdan daha uzundursa, qısa palto geyin. Bu tip geyimlər bədəniniz ilə ayaqlarınızın tarazlanmasını təmin edər. Çiyinləriniz dardırsa, cins pencək və ya kişi pencəkləri tipli pencəkləri geyin. Bundan əlavə, çiyinlərdə olan detallar və işləmələr çiyinlərinizi daha geniş göstərər. Əyninə böyük gələn koftalar
[1] 2 >>
Cəmi 834 nəfər oxuyub
Bəyənən (162) | Bəyənməyən (129)
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024