Sizə yaraşanı necə seçərsiniz?

Sizə yaraşanı necə seçərsiniz?


Gözəl görünməyiniz üçün mütləq qüsursuz bir bədənə sahib olmağınız lazım deyil. Öz bədən xətlərinizə uyğun olaraq seçəcəyiniz geyimlərlə istər incə, istər kilolu olun, qəşəng və gözəl görünə bilərsiniz. Bədəniniz mükəmməl olmaya bilər, amma bu pis görünməniz lazım olduğu mənasına gəlməz. Bədən qüsurlarınızı örtəcək doğru bir geyim tərzi sayəsində, yaxşı görünməklə bərabər bütün komplekslərinizi ortadan qaldıra bilərsiniz. Bütün qarderobunuzu da yeniləməniz lazım deyil. Kiçik dəyişikliklərlə daha yaxşı görünməyi bacarmaq öz əlinizdədir. Ləl-cəvahirat və aksesuarlar Əgər sinəniz böyüksə və sinənizin V yaxalı bir kofta ilə çox diqqət çəkdiyini düşünürsünüzsə, o zaman böyük bir boyunbağıyla bədəninizin görünən hissəsini bağlaya bilərsiniz. Balıq, ya da yarı balıq yaxa bir koftanın üzərinə əsla boyunbağı, ya da yaylıq taxmayın. Əgər sinələriniz böyükdürsə, sinə arasına düşəcək uzun boyunbağılar taxmayın. Üzünüz kiloludursa, ya da buxağınız varsa, daha uzun sırğaları seçin. Boyunuz qısadırsa, qalın boyunbağılardan uzaq durun. Ayaqqabılar Ayaq biləkləriniz qalındırsa, düz, babet ayaqqabılardan və biləkdən bağlı ayaqqabılardan qaçın. Şalvarlarınızın paçaları topuğun dibinə qədər düşsün. Ayaqqabılarınız açıq və son dərəcə zərif olmadıqca açıq rəng geyimlərlə qara ayaqqabı geyməyin. Parlaq rəngli geyimlərlə qara ayaqqabı geyməyin, çünki bu, rəngləri ucuz göstərər. Qara ayaqqabılar ən çox tünd rənglərlə yaxşı yaraşar. Qıçlarınız çox incədirsə, incə və yellənən dikdaban ayaqqabılar geyməyin. Çünki bunlar, qıçlarınız qədər incə olmayan bədəninizin altında əziləcək kimi dayanar. Bədəniniz armud formasındadırsa, həddindən artıq zərif və çox yüksək olmayan incə topuqlu dikdaban ayaqqabılardan
[1] 2 >>
Cəmi 824 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024