Nəyi necə geyinməli?

Nəyi necə geyinməli?


Dəri şalvarlar, qısa şortiklər, şar formalı ətəklər ən yaxşı nələrlə kombinə edilə bilər,heç bilirsinizmi? Qəşəng olmağa çalışarkən zövqsüz vəziyyətə düşmək istəmirsinizsə,bunlara diqqət edin. Yaxşı biçilmiş, bədəninizdə gözəl dayanan dəri şalvarın, ayaqların uzunluğu ilə vəhdəti çox əhəmiyyətlidir. Alarkən bunlara qətiliklə diqqət etməlisiniz.Uzunluğu ilə birlikdə rəng uyğunluğu da çox əhəmiyyətlidir. Qara dəri şalvarla birlikdə çox sıx geyilən ağ rəngli koftalar ən sadəsidir, amma stil sahibi seçimlərindən biridir.Qara dəri şalvarınızı , qara bir köynəklə kombinə etməkdənsə, ipək, ağ bir köynəklə kombinə etsəniz,rəng və görünümü daha özünə güvənli etmiş olarsınız.Bir az əvvəl bəhs etdiyim ipək köynək, dəri şalvar kombini daha gözəl olur.Parlaq rəngdə bir çanta və leopard naxışlı bir ayaqqabıyla iddalı bir stil yaranar. Təklifimin ikincisi gündəlik ,bir alış-veriş gününə və ya yoldaşlarınızla görüş rejiminə uyğundur. Xətli kofta ilə pencək, qollardakı dəri detalı şalvarla birlikdə uyğunlaşma təmin edir. Metallik rənglərdəki makosenlər bu kombinin sürprizidir! Bir axşam gəzintisinə çıxanda? -nə geyinim deyə çoxmu düşündünüz?Əslində çox da fikirləşməyə ehtiyac yoxdur.Gözəl rənglərdən biri olan qırmızını seçin.Və gözəl bir kofta ən doğru seçim olacaqdır! Zəncirli uzun saplı bir çantayla, iti burunlu dikdaban ayaqqabılarla, supersiniz! Son kombinə olduqca özünə güvənli bir görünüşdədir. Düymələri sonuna qədər düymələnən köynək üzərinə velosiped yaxalı koftanı kombinə etsəniz, torba çanta və botlarla çox xoş görünə bilərsiniz.Şortik:Çox qarışıq naxışlardan qaçın. Bunlar sizi olduğunuzdan kök göstərə bilər.Açıq rəngli şortiki, yenə açıq rəng bir üst geyimi ilə kombinə etsəniz, daha hündür
[1] 2 >>
Cəmi 825 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023