Beli incə gostərən geyim təklifləri

Beli incə gostərən geyim təklifləri


İncə görünən bir bel hansı qadını zərif və cazibədar göstərməz ki! Diqqətə çarpan bir bel xəttiniz yoxdursa, ya da belinizi daha incə göstərmək istəyirsinizsə, xəbəri diqqətlə oxuyun. Qurtarıcı aksesuar: Kəmər! Diqqət çəkən bir bel xəttiniz olmasa belə, kəmər həmin hissəni vurğulayacaq və belinizi olduğundan daha incə göstərəcək.Geniş paltar, ya da böyük ölçülü kofta içərisində belə belinizi vurğulamaq istəyirsinizsə, qarderobunuzda mütləq kəmərlərə yer verin. Ətəkləri unutmayın Bel qismi dar, ətək qismi aşağıya doğru genişlənən ətəklər bir başqa möcüzə alternativdir!Bel qismi ətəyin alt qisminə nisbətən dar qaldığı üçün istədiyiniz incə bel görünüşünü əldə etmənizi təmin edər. Peplum paltarlar (bədənə oturan) Peplum paltarlar uzun müddətdir ki, dəbdədir. Bu üstünlükdən istifadə edin. Peplum detallı kofta və paltarlar geymək belinizi vurğulamaq və daha incə bir bel görünüşü yaxalamaq üçün möcüzəvi bir yoldur. Kəmərli V yaxa paltarlar V yaxalı, beli kəmərli paltar modeli bütün bədən tiplərinə uyğun olduğu üçün möcüzə paltar adlana bilər.Bədəninizi zərif bir şəkildə tutar, xətlərinizi ortaya çıxarar, gözəl bir görünüş bəxş edər.Ən əhəmiyyətlisi odur ki,belinizi vurğulayaraq sizi daha incə göstərər! Koftanızı ətəyin içinə salın Bir başqa işə yarayan tövsiyə isə koftanızı şalvar, ya da ətəyinizin içinə salmağınızdır. Burada diqqət yetirməniz lazım olan nöqtə koftanızın, ya da köynəyinizin ətəyinin geniş olmamasıdır. Əks halda, belinizdə istəmədiyiniz kilolu bir görünüşə səbəb ola bilərsiniz. Buna diqqət yetirərək belinizi incə göstərə bilməniz mümkündür.
Cəmi 838 nəfər oxuyub
Bəyənən (180) | Bəyənməyən (140)
Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024