Tərzinə uyğun geyin

Tərzinə uyğun geyin


Geyim stiliniz həyat tərziniz və duruşunuzla birbaşa əlaqəlidir. Stilinizə uyğun geyinsəniz, moda qurbanı olmazsınız. İdman, klassik, romantik, retro və ya roker - stiliniz nə olursa-olsun, görünüşünüzü buna görə yaradın. - İdman tərzində geyinənlər- hər zaman rahat və dəyişkən görünmək istəyərlər. - Klassik tərzdə geyinənlər -hər zaman öz stilinə sadiq qalanlardır. - Romantik tərzdə geyinənlər -yumşaq parçalardan, təbii rənglərdən və güpür detallardan imtina etməzlər. - Retro tərzdə geyinənlər- zamanla ayaqlaşaraq klassik geyimləri qüsursuz aksesuarlarla tamamlayarlar. - Roker tərzində geyinənlər -kişi və qadın geyimi detallarından bir yerdə istifadə edib fərqli görünə bilərlər. Yüngül makiyaj edin Yalnız paltar və aksesuarlarla tam görünüş yaratmaq qeyri-mümkündür. Makiyajınız, geyiminiz və saçınız görünüşünüzlə vəhdət təşkil etməlidir.Üzünüzü boya qutusuna çevirmək əvəzinə, yüngül kirşana və gözlərin ön planda olduğu makiyaja üstünlük verməlisiniz. Gözlər ön plandadırsa, uyğunluq yaratmaq üçündodaqlarda təbii tonlardan istifadə edilməlidir. Dəblə geyinin, amma şişirtməyin Qüsursuz görünüş üçün şüurlu surətdə alış-veriş etmək şərtdir. Dəbi təqlid etməyə çalışmaq vaxtı boşa xərcləməkdir. Başdan-ayağa öz stilinizə uyğun geyinmək, modaya çox bağlı qalmadan, amma yenə də onlardan ilhamlanaraq görünüş yaratmaq ən doğrusudur. Əziz xanımlar, bəs sizin tərziniz hansıdır?
Cəmi 805 nəfər oxuyub
Bəyənən (151) | Bəyənməyən (149)
Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024