Aksesuar seçimi necə olmalıdır?

Aksesuar seçimi necə olmalıdır?


Paltarınıza əlavə edəcəyiniz ən kiçik bəzək əşyaları ilə həm stilinizi, həm də özünüzə olan güvəninizi artıra bilərsiniz. 1) Çox aksesuarınız yoxdursa, uyğun qiymətə ala biləcəyiniz bir dükan seçin. 2) Nə qədər aksesuar almaq istədiyinizi hesablayın. Büdcənizi də hesablayın və planlarınızı bunlara uyğun təşkil edin. 3) Yeni ayaqqabılar alın. Ayaqqabılar ən vacib aksesuarlardır. Tək bir cüt ayaqqabı müxtəlif cür paltarla birlikdə istifadə edilə bilər və paltara gözəllik qatar, əks halda paltar son dərəcə sadə görünər. - Düz, rahat ayaqqabıları sevirsinizsə, babet alın. - Dikdabanı seçirsinizsə, necə bir dikdaban seçmək istədiyinizi düşünün. Məsələn, qara və krem rəngi yüksək dikdaban ayaqqabılarda ən gözəl görünən rənglərdir. 4) Düz cins, ya da gen şalvarınız üçün gözəl bir kəmər alsanız zövqlü görünüş meydana gətirərsiniz. Qara, qəhvəyi və boz kəmərləri uyğunlaşdırmaq asandır, amma daha gözəçarpan görünüş üçün parlaq rəngli ya da tünd naxışlı kəmərlər seçə bilərsiniz. 5) Gözəl bir çanta ümumi görünüşünüzü daha da gözəlləşdirər. Əgər pulunuz çatırsa bir neçə çanta alın. Parlaq, işıldayan bir klaç axşam ziyafətləri üçün daha uyğun olduğu halda, müxtəlif rəngli dəri çantalar gündəlik istifadə üçün mükəmməldir. 6) Ləl-cəvahirat. Sırğa, muncuqlu boyunbağı, ya da zövqünüzə uyğun üzük- stilinizi əks etdirən əsas aksesuarlardır. Məsələn, özünə güvənən və geyimdə yenilikləri sevən və bu baxımdan cəsarətli birisinizsə, iri ləl-cəvahirat sizə görədir. Yox, əgər utancaqsınızsa, incə və daha kiçik sırğalardan istifadə edə bilərsiniz.
Cəmi 806 nəfər oxuyub
Bəyənən (163) | Bəyənməyən (145)
Dostlarınla Paylaş

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023