Bədənimizi tanıyaq

Bədənimizi tanıyaq


Bədənimizi tanıyaraq geyinmək çox gözəldir. "Bəs bədənimizi necə tanıyaq?" sualını verirsinizsə, buyurun! 1.Alma bədənli xanımlar: Qısa və qalın boyuna sahibdirlər. Geniş çiyinləri və qalın belləri var. Belə qadınların sinələri geniş,beldən aşağısı dar olur. -Boyunuzu daha uzun göstərməkdən ötrü "V yaxa" adlanan boyun hissəsindən açıq geyimlərdən istifadə edin.Unutmayın, geyimin belində də heç bir parıltı, bəzək-düzək olmamalıdır. -Alma bədənli xanımlar kəmərli geyimlərdən uzaq durmalıdırlar. Kəmərli geyimlər sizin belinizi daha qalın göstərəcək. 2.Armud bədənli xanımlar: Balaca sinələri, incə çiyinləri və bir az qalın belləri var. Beldən aşağıları böyükdür. Dolğun ayaqları var. -Üst bədəni qadına tam oturan, beldən sonra incələn, boşalan geyimlər tam sizə aiddir. Üst hissəsi büzük-büzük, beldən aşağıları isə uçuşan geyimlər sizlər üçündür. 3.Qum saatı formasında bədəni olan xanımlar: Dolğun sinələri, incə belləri və beldən aşağısı böyük olan qadınlardır. -Balıq formalı geyimlər tam sizlikdir. Və beldən aşağı uçuşan geyimlər sizin üçün əla seçimdir. 4.Düzbucaq bədənli xanımlar: Geniş çiyinləri,normal sinələri, normal belləri və uzun ayaqları olur. Beldən aşağıları dar olur. - Straplez adlanan geyim növündən istifadə etmək məsləhətdir. -Çiyinləriniz böyük olduğuna görə geyiminizdə bəzəklərdən ancaq ətək hissəsində istifadə edin.
Cəmi 757 nəfər oxuyub
Bəyənən (144) | Bəyənməyən (136)
Dostlarınla Paylaş

Saytda 221 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024