20-50 yaş dolu xanımlara stil fikirləri 20-50 yaş dolu xanımlara stil fikirləri
Yaşınız neçə olursa-olsun, stiliniz mütləq olsun! Çünki baxımlı qadın hər yaşda stil sahibi olmalıdır. 20 yaşlılara stil təklifləri Əgər siz də "Bu yaş bir daha gəlməz" deyənlərdənsinizsə, üzəri tüllü, lentli kofta və kapriylə modanı yaxından izlədiyinizi göstərə bilərsiniz.Bu mövsümün digər bir trendi isə yenə bu yaşlardakı gənc qızlar üçün cins parçadan ətək və bir koftadır. 30 yaşlılara stil təklifləri 30 yaş hər qadının ən gözəl yaşıdır. Siz də bu zamanlarınızı gözəl şəkildə keçirmək istəyirsinizsə, mütləq xarici görünüşünüzə diqqət yetirməlisiniz. Yay fəslində həm gündüz, həm də gecəyə uyğunlaşdıra biləcəyiniz, həm gənc, həm dinamik, həm də stil sahibi bir paltardan imtina etməməlisiniz. 40 yaşlılara stil təklifləri Artıq 40 yaşlarınızdasınız, geridə buraxdığınız zamana görə daha sakithəyat yaşayır və stilinizi də ona görə təyin edirsiniz. Bizim də sizə bu mənada bəzi təkliflərimiz var. Əgər çox böyük bədənə sahib deyilsinizsə, ipək kofta və idman stilində bir şalvar gözəl kombinasiya olar. Əgər rahatlığa önəm verirsinizsə, cins görünüşlü kofta və pambıq parçadan şalvar da variantlar arasındadır. 50 yaşlılara stil təklifləri 50 yaşına çatdıqda tərziniz klassikləşə bilər. Və ya bunun tam tərsi də ola bilər. Klassik olan tərziniz zamanla dəyişər, idman tərzində bir hal almış ola bilər. Əziz xanımlar, siz necə düşünürsünüz, geyim tərzini yaşa görə seçmək lazımdır, ya insanın öz istəyinə uyğun?
Cemi 386 nefer oxuyub
Beyen(86) | Beyenme(92)

Qarışıq Məqalələr

Dostlarınla Paylaş

Saytda 166 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022