Özümüz də bacarırıq!

Özümüz də bacarırıq!


Əziz xanımlar, artıq hansısa məclisə - toya, qonaqlıqlara, şam yeməklərinə və s. getmək üçün gözəllik salonlarına gedib həm vaxtımızı, həm də pulumuzu itirməyə gərək yoxdur! Özümüz elə ev şəraitində 15 dəqiqə ərzində öz əllərimizlə gözəl saç düzümü yığa bilərik. İndi mən sizlərə həmin saç düzümünün necə yığılmasını təqdim edirəm. Saç düzümünü yığmaq üçün bizə saç spreyi, bir neçə böyük və balaca sancaqlar, saçyığan və ucu sıx dişli daraq lazımdır. 1. Bizim 1-ci işimiz saçı 2 hissəyə ayırmaqla başlayır - aşağı və yuxarı hissə. 2. Yuxarı hissəyə ayırdığımız saçı sıx dişli daraqla şişirdib saçyığanla yığaq ki, bizə mane olmasın. 3. Başın sağ tərəfindəki saçları sol tərəfə yönəldərək onlara bir az saç spreyi vuraraq kiçik sancaqlarla bərkidirik. 4. Belə bir saç alınmalıdır. 5. İndi əsas hissəyə keçirik. Burada biz sol tərəfdə ayırdığımız saçı buraraq sağ tərəfdə yığdığımız saçın üstünə gətitiririk. Bunu çox diqqətlə etməliyik çünki saç yığımımızın əsas və diqqət çəkən yeridi. Sancaqların köməyi ilə saçımızı elə yığırıq ki 1-cı bərkitdiyimiz saçdakı sancaqlar görünməsin. 6. Saçı bərkitdikdən sora belə görünüş alacaq. 7. İndi isə başın yuxarı hissəsində ayırdığımız hissəyə qayıdaq. Yenə də saça maksimum şişkinlik vermək üçün onu sıx dişli daraqla şişirdək. 8. Saçın yuxarı hissəsini aşağı saçın üzərinə gətirərək sancaqlarla şəkildəki kimi bərkidirik. 9. Budur, saç düzümümüz hazırdır. Hamınıza uğurlar!
Cəmi 755 nəfər oxuyub
Bəyənən (142) | Bəyənməyən (144)
Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023