Yuxuyozma F hərfi

Yuxuyozma F hərfi


Fabrik sahibi –yeni bir iş təşəbbüsündə olmaq anlamına gəlir. Faktura (haqq-hesab kağızı) –yuxuda faktura yazmaq-ticarət meydanında mövqe əldə edərək xeyli pul qazanacağınıza işarədir. Fəlakət –yuxuda fəlakət tərsinə yozulur. Farfor (çini) –yuxuda farfordan düzəldilmiş bir əşya görmək -köhnə tanışlardan biri röya sahbinə böyük miqdarda maddi yardım edəcəkdir. Fil –yuxuda fil heybətli ,möhkəm bədənli sərt, böyük gücə malik savaşcı adama işarə sayılır. Fil (dişi) –fil dişindən hazırlanmış bəzək düzək əşyaları görmək çox xeyirli yuxu olaraq yozulur. Fincan –az da olsa bir şeydən faydalanacağınıza yozulur. Firon –yuxuda fironlardan biri ilə tanış olmaq –elm sahəsində qazanılacaq uğura işarədir. Firuzə -aşiqlər üçün bu mavi daşı yuxuda görmək –çox xeyirli bir yuxu olub qarşlıqlı xoşbəxtliyə yozulur. Fırın (soba) –bolluq və könül rahatlığı mənasına gəlir. Fişəng (benqal fişəngi) –şən və nəşəli günlərin başlandığına yozulur. Fırtına –yuxuda fırtına görmək –yaxın vaxtlarda təəccüblü bir xəbər və ya hadisə ilə qarşılaşacağnıza işarə sayılır. Fırça –yuxuda hansı növdən olur-olsun ,röyada fırça görmək –qarşıda yüksək mövqe sahibi olacağnınıza işarədir. Fıstıq –bir qadın yuxuda fıstıq görsə yaxın vaxtlarda hamilə qalacaq. Kişi belə yuxu görsə səfərə çıxacağına yozulur.
Geri Qayıt
Cəmi 849 nəfər oxuyub
Bəyənən (173) | Bəyənməyən (178)
Dostlarınla Paylaş

Saytda 257 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024