Yarpağın macərası

Yarpağın macərası


Eşitdiyi ürküdücü səslə qeyri-ixtiyari diksindi. Gördüyü mənzərə qarşısında çaşıb qaldı. Yarpaq, bağlı olduğu budaqdan ayrılmış, yerə doğru düşürdü. Dünyasını səs-küyə bürüyən bu ayrılığın səsi idi. “Bu bir qopmamı, yoxsa doğuşmu?" dedi. Nə olacaq bundan sonra deyə düşünərkən, dilinə, hər vaxt təkrar etdiyi "Boşluq yox bu aləmdə!” cümləsi gəldi... Tumurcuqkən, ətrafında bir çox yarpaq görmüşdü. Bir müddət sonra da budaqların çiçəklərlə bəzəndiyini… Yarpaqlar və çiçəklər, gün keçdikcə bir-birlərindən ayrılmaz hala gəlmişlərdi. Yaşlı ağacın budaqlarında səadət içində bahar nəğmələri söyləyirdilər. Və beləcə ayrılığın soyuq küləklərini hiss edənə qədər sürmüşdü bu mahnı. O gün canı kimi sevdiyi yoldaşlarının sağa, sola itələnilib qaxıldığını gördüyündə yarpaq dəliyə dönmüşdü. Ağaca, niyə çiçəklərə sahib çıxmadığını soruşmuşdu. Ağac isə hər şey normalmış kimi təbəssüm edərək bunları pıçıldadı: “Övladım, bu aləmdə boşluq yox. Hər şey bir plan çərçivəsində cərəyan edir. Bütün olanlar, qədər kitabının bir cümləsi, şeirinin bir misrasıdır. Mən daha toxum ikən, irəlidə həyat tapıb ağac olacağım yazılı idi. Biz faydsız sayılırıqmı səncə? Məni əmanət olaraq bağrında daşıyan toxum, çürüməyi qəbul etməyib üsyan etsəydi, bu gün sən və mən baharın simfoniyasını dinləyə bilərdikmi? Biz bu zaman çayında kiçik köpükdən başqa bir şey deyilik. Bu həqiqəti qavrayanlar, kiçiklikdən xilas olub böyük olarkən; yalanlarla özlərini ovudanlar, zillətləri səbəbiylə gülünc vəziyyətə düşəcəklər. Sən də gəl bu gülünc vəziyyəti burax və hadisələri olduğu kimi qarşılayaraq pərdə arxasındakı hikmətlərdən ləzzət al. Bir çay ki axar Ərşdən dayanmadan ,Yuyun sən də fürsətin
[1] 2 3...5 >>
Cəmi 1064 nəfər oxuyub
Bəyənən (143) | Bəyənməyən (142)
Dostlarınla Paylaş

Saytda 35 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024