Yarpağın macərası

Yarpağın macərası


itmədən.” Yarpaq, ağacın dediklərindən bir şey başa düşməsə də, birazca təsəlli olduğunu hiss etmişdi. Havada uçuşan çiçəklərdən biri yarpağa toxunduqda, yoldaşı yerə düşməsin deyə onu tutmaq istəmişdi. Lakin çiçək ondan qaçmış və yarpaq bu vəziyyətə heyrətlə baxmışdır. Bu itib getmədə nə gözəllik ola bilər, deyə düşünmüşdü. Suallarına cavab tapmadan rahat edə bilmirdi. Bir müddət sonra, çiçəklərin tərk edib getdiyi yeri nazənin meyvələr yetişdiyini görəndə səhvini onda anlaya bilmişdi. Onlarla qurduğu dostluq səbəbiylə, artıq çiçəklərin yoxluğunu heç xatırlamırdı. Çiçəklərin vəzifəsinin meyvələrə zəmin hazırlamaq olduğunu və getmələrində nə böyük hikmətlər olduğunu anlayınca ağacdan üzr istəmişdi. Ağac da hər zamanki kimi böyüklük edib bağışlamış, müdrik qoca ədasıyla nəsihət vermişdi: “Demək ki bu aləmdə boşluq olmadığını anladın. Sən də buradan gedəcəyini bilməlisən. Amma sən daha gözəl bir şey üçün gedəcəksən. Torpaqda çürüdükdən sonra, təkrar diriləcəksən. Çürümək yoxluq aləminə getmək deyil, əksinə yeni bir həyata ayaq basmaq deməkdir. Bizə bu qədər lütf edən Mərhəməti Sonsuz, bizi yoxluğa atmaqla rəhmətini kəsməz.” Yarpaq bir dəfə daha “Boşluq yox bu aləmdə!” deyərək xatirələrindən ayrıldı. Hər gün yoldaşlarıyla oynaşdığı küləyin qollarında süzülüb dayanırdı. Külək də onu çox sevirdi. O, hər gəlişində üst başına bulaşmış çirkləri təmizləyirdi. Yarpaq içini sıxıb qovuran ayrılıq ağrısını dostuyla qucaqlaşaraq azaltmağa çalışırdı. Külək onun bu kədərini gördükdə, hər zaman yaxşılıq edən yoldaşının dərdinə ortaq olmaq istədi. Sərin nəfəsiylə yarpağı yüksəklərə qaldırdı: - Nə olub dostum, kədərli görünürsən? - Baş verən hadisələrə bir etirazım və ya bir
<< 1 [2] 3 4 >>
Cəmi 1077 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024